Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2019
10:30
Milli Məclisin mətbuata açıqlaması

Bir müddət əvvəl Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) fransalı vitse-prezidenti Silvi Qiyomun martın 6-da özünü qondarma “Dağlıq Qarabağ respublikasının spikeri” adlandıran Aşot Qulyanla görüşməsi ilə bağlı AP-nin sədri Antonio Tayaniyə etiraz məktubu ünvanlamışdı. Avropa Parlamentinin sədri Antonio Tayani Milli Məclisin sədri Oqtay Əsədova cavab məktubu ünvanlayıb. Bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, məktubda keçirilmiş görüşün xanım Qiyomun fərdi mandatı çərçivəsində baş tutduğu ifadə edilib, fransalı deputatın bu görüşü AP-nin vitse-prezidenti kimi deyil, müstəqil bir deputat olaraq, şəxsi formatda keçirdiyi və bunun AP-nin rəsmi fəaliyyətinə heç bir aidiyyətinin olmadığı vurğulanıb. Cavab məktubunda deyilir: “... xanım Qiyom bu görüşü parlamentin sıravi bir üzvü kimi, fərdi zəmində keçirib və həmin görüşlə bağlı Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə zidd olan hər hansı bir açıqlama ilə çıxış etməyib”.

Avropa Parlamenti sədrinin məktubu separatçı rejim nümayəndələrinin şəxsi zəmində keçirdikləri qeyri-rəsmi görüşü az qala qondarma rejimin AP-də rəsmi səviyyələrdə qəbul olunması kimi təqdim etmək cəhdlərini bir daha ifşa edir. Beləliklə, saxta “spiker”in mətbuatda yayımladığı saxta məlumatlar Avropa Parlamentinin sədri səviyyəsində rəsmən təkzib olundu.

Avropa Parlamentinin sədri öz məktubunda, həmçinin Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 400 nəfərin azadlığa çıxması haqqında əfv Sərəncamı imzalanmasını alqışladığını qeyd edib.

Məqalədə : milli məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4193

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2939

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2334

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1974
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 02:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru