Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
16:30
394
Sığorta pulunun alınmasında süründürmələr olur - EKSPERT

Bir neçə gün öncə “Diqlas” ticarət mərkəzində baş verən yanğın göstərdi ki, Azərbaycanda sığorta sahəsi istənilən səviyyədə inkişaf etməyib. Bunu ölkə Prezidenti yanğınla bağlı keçirilən müşavirədə qeyd etdi. Dünyanın bir çox ölkələrində sığorta sahəsi sürətlə inkişaf etdiyi halda, Azərbaycanda niyə geridə qalır?

Məsələ ilə bağlı danışan sığorta üzrə ekspert İlkin İbrahimov deyib ki, Azərbaycanda sığorta ənənəsi Sovet dövründən başlayıb:

“Əvvəl yalnız Dövlət Sığorta Şirkəti fəaliyyət göstərirdi. Bununla bağlı da müəyyən tədbirlər həyata keçirildi. Sovet dağılandan sonra bu sahəni inkişaf etdirmək üçün Avropanın sığorta təcrübəsini Azərbaycana gətirdilər ki, müəyyən tədbirlər görsünlər. Eyni zamanda, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər yanğından sığorta var idi. 1997-ci ildən bu, tək yanğınla yox, daşınmaz əmlakla bağlı sığorta oldu. 2011-ci ildən “İcbari sığortalar haqqında” qanun qüvvəyə mindi. Bəzi növ sığortalar var idi ki, dövlət maraqlıydı. 2011-ci ildən sonra İcbari Sığorta Bürosu yarandı. Büro bir neçə sığorta növünü məcburi etdi. Bunlar avtonəqliyyat vasitələrinin icbari sığortası, daşınmaz əmlakın sığortası,  mülki məsuliyyətin icbari sığortasıdır”.

Ekspert bildirib ki, 2011-ci ildən bu yana dövlət əmlak sığortası ilə bağlı yumşaq siyasət yeritməyə başladı.

"Bu bir neçə il davam etdi. Artıq baxıldı ki, bu məsələlərlə bağlı tədbirlər görülməsə, problem olacaq.

Başladılar ilk olaraq avtonəqliyyat sığortasından. Burada Dövlət Yol Polisi müvafiq orqan olduğu üçün sığortadan yayınmanı radarlara da saldılar. 2016-cı ilin mart ayından etibarən bütün avtonəqliyyat vasitələri böyük sıçrayışla sığorta olunmağa başladı. Çünki avtomobilini sığorta etdirməyənlər cərimə olunurdular. Lakin bu tendensiya daşınmaz əmlakın sığortasında yaranmadı. Ona görə ki, heç kim bunu könüllü şəkildə etmirdi. Müəyyən məqamlarda məcbur olub daşınmaz əmlakı da icbari sığorta etdirirlər. Notariat kontorlarında daşınmaz əmlak üçün etibarnamə alanda və ya ev alqı-satqısı zamanı notariuslarda sığorta olmadan heç bir sənəd verilmir. Bununla da məcbur olub evləri sığorta etdirlər. 

Daşınmaz əmlakını sığortalamayan fiziki şəxsə qarşı  bununla bağlı heç bir tədbir görülmür. Halbuki, icra başçıları və icra nümayəndələri buna məsul şəxlərdir. Əgər vətəndaşlar sığorta etmirsə, bununla bağlı protokol tərtib etməlidirlər, onlara qarrşı cəza tədbiri görülməlidir. Tədbirlə görülmədiyinə görə, bu məsələlərlə bağlı problemlər yaranır”.

İ. İbrahimovun sözlərinə görə,  daşınmaz əmlakın sığortası ilə bağlı problemlər tək bu yöndə deyil:

“Problemin digər tərəfi ondan ibarətdir ki, hansı vətəndaşlar daşınmaz əmlakını sığorta etdirdilər, sabah sığorta hadisəsi baş verəndə gedirdilər ki, hadisə baş verib. Lakin burada sığorta şirkətlərinin özləri belə süründürməçiliyə yol verirdilər. Statistikaya baxsaq görərik ki, ötən illərdə sığorta ödənişləri çox aşağıdır. Bu problemin digər tərəfi də sığorta şirkətləridir. Vətəndaşlar olub ki,  aylarla, illərlə əmlakına dəyən sığorta ödənişlərini almaq üçün məhkəmə instansiyalarında gözləyirlər. Digər tərəfdən də “İcbari sığortalar haqqında” qanunun 17-ci maddəsində qeyd olunur ki, hadisə baş verəndən sonra müvafiq orqanın arayışı lazımdır. Müvafiq orqan Ekologiya Nazirliyidir.

Əgər təbii fəlakət baş veribsə, Ekologiya Nazirliyi bir arayış verməlidir ki, həqiqətən də zəlzələ, daşqın və s. başqa təbii fəlakətlər qeydə alınıb. Ekologiya Nazirliyinin Geologiya idarəsi arayışları çox çətinliklə verir. Əksər halda verdikləri arayışlar vətəndaşların ziyanına olur. Bakıda oturub İsmayıllıda, Şamaxıda hadisə yerinə baxış keçirmədən bir arayış yazırlar. Bu da vətəndaşların narazılığına səbəb olub”.

Ekspert deyib ki, daşınar əmlakın sığortası ilə bağlı dövlət məcburiyyət tədbirləri görmür.

"Daşınar əmlakın sığortası dediyimiz odur ki, içərisində olan mallar sığorta olunur. Daşınar əmlakın sığortası üçün şəffaflıq önəmlidir. Vergi, mühasibatlıq uçotları şəffaf olmalıdır. Məsələ ondan ibarətdir ki, satılan mallar ya xaricdən alınıb gətirilir, ya da daxildən çek vasitəsilə alınır və mədaxil edilir. Sığortaçılar daşınar əmlakın sığortasını bu şəkildə edir. Əlinizdə sənədləriniz varsa deyirsiniz ki, mən xaricdən və ölkə daxilindən filan miqdarda mal gətirmişəm. Sığorta şirkətinin nümayəndəsi gəlir baxış keçirir, riski müəyyən edir və sığorta üçün lazım olan məbləği deyirlər. Sabah hadisə baş verəndə sənədləri sığorta şirkətinə təqdim etmək lazımdır”.

İlkin İbrahimovun sözlərinə görə, Azərbaycanda ticarət mərkəzlərinin əksəriyyətində şəffaflıq yoxdur.

“Məsələn, konkret olaraq “Diqlas” ticarət mərkəzi yoxlansa orada çox aşağı dərəcədə vergi ödənildiyini görərik. Məsələnin problemli yönləri bundan ibarətdir ki, ölkədə daşınar əmlakın sığortası üçün münbit şərait yoxdur. Ona görə ki, vergi mexanizimində boşluqlar var. Vətəndaşlar satacaqları malları heç bir yerə bəyan etmirlər”.(modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
27

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
39

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru