Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
14:59
BƏƏ Fələstin xalqına xəyanət edir

Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) Qolan təpələrini İsrailə peşkeş etməsi ilə kifayətlənməyərək  Fələstini də sionist rejimin ərazisi kimi görmək niyyətindədir. BƏƏ-nin xarici işlər naziri Ənvər Gərgaş İsrail-Fələstin münaqişəsində tək dövlətli həll yolunu müdafiə edərək, artıq heç bir ölkənin Fələstini bir dövlətin parçası kimi görmək istəmədiyini iddia edib.

BƏƏ-nin paytaxtı Abu-Dabidə təşkil edilən toplantıda çıxış edən Gərgaş, Ərəb ölkələrinin illərdir davam edən İsrail ilə əlaqə qurmamaq siyasətini "böyük səhv" kimi qiymətləndirib. Ərəb ölkələrinin İsrail ilə əlaqə qurmamasını Fələstin məsələsi başda olmaqla, regional problemlərin həllinə maneə yaratdığını iddia edən BƏƏ rəsmisi, siyasi məsələlərlə rabitə kanallarının açıq tutulmasının vacib olduğunu dilə gətirib. O, əlavə edib ki, bir neçə il ərzində İsraillə ərəb ölkələri arasında kiber ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq ola bilər, həmçinin İsrail baş nazirinin bu ölkələrə səfər etməsi də mümkündür.

İsrailin Qüds və Qolanı ilhaq edən, İordan çayının Qərb sahili və Qəzzada işğalını genişləndirən addımları dünya ölkələri tərəfindən etirazla  qarşılansa da, BƏƏ rəhbərliyi Təl-Əvivi dəstəkləyən bəyanatlar verir. İsrail dövləti faktiki olaraq Fələstinin işğal olunmuş torpaqlarında qurulsa da, müsəlman ölkəsi olan BƏƏ bunu unutmağa başlayıb. Bu azmış kimi fələstinlilərə İsrailin tərkibində bir dövlət kimi qoşulmağı təklif edən BƏƏ-nin bu mövqeyi Fələstin xalqına xəyanət kimi qiymətləndirilir.

FaktXəbər

Məqalədə : BƏƏ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
209

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

27

Yanvar
12:05
MÜNASİBƏT
315
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 16:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru