Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
13:22
455
Yol polisi `Təmiz hava` aylığına start verib

Baş Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığına start verib.

Aprelin 28-dək davam edəcək aylıq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir. Bu aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zərüri tədbirlərdən biridir.

Artıq bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının Ekoloji Nəzarət Bölüyünün ərazisində (Ekologiya postunda) zəhəri qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələri saxlanılıb və onların barəsində inzibati qaydada protokol tərtib olunub. Onlarla sürücüyə isə xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problem aradan qaldırılmasa barələrində cərimə tətbiq olunacağı vurğulanıb.

Qeyd edək ki, son dövlər zəhərli qazların miqdarı normadan artıq olan avtomobillərin sayı azalıb. Bu da yol polisinin həyata keçirdiyi tədbirlərlə əlaqədardır.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilərlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
263

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
352

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
235

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
266

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
217

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
245

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
255

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
543
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru