Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2019
16:00
780
ABŞ prezidentinin dünyanı özbaşına bölüşdürmək cəhdi rüsvayçılıqdır

“ABŞ prezidentinin bu addımı sağlam ağıl və məntiqə uyğunsuzluq, beynəlxalq hüquq normaları və qüvvədəki konvensiyalarla tərs mütənasiblik, qanlı münaqişəni daha da körükləyərək sülh körpülərini yandırmaqdan əlavə, dünyada işğal, təcavüz aktlarının qanuniləşdirilməsi üçün çox zərərli bir presedentdir!”

“Qələm” Yazarlar Birliyi ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanıması ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Sənəddə vurğulanır ki, artıq bunun ilk arzuolunmaz işartıları görünməkdədir: “Azərbaycanın işğaldakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq mətbuat katibi David Babayan adlı məxluq Ermənistan mediasına açıqlamasında İsraildən ötrü Suriyanın Qolan yüksəkliklərinin həm hərbi-strateji baxımdan, eyni zamanda hidro-donor kimi vacibliyini söyləyir. O, bunu “Bibliyada adı çəkilən qədim İordan çayının başlanğıcını məhz bu yüksəkliklərdən götürməsi” ilə əlaqələndirir. Həyasız erməni məmuru Trampın bəyanatına və sair mülahizələrə dayanaraq təcavüzə məruz qoyduqları Kəlbəcər bölgəsinin özləri üçün “statusu”nu da Qolan yüksəklikləri ilə eyniləşdirir; rayonun bulaqlar, çaylar, göllərlə zənginliyini Ermənistan və “Artsax” ın təhlükəsizliyinin “kritik komponenti”, eyni zamanda içməli su probleminin həlli baxımından strateji vasitə bilir. Həmin kontekstdə “böyük dövlətin (ABŞ) tövsiyələrindən yararlanmamağı” yolverilməz sayır.” 

Bəyanat müəllifləri bildirirlər ki, 1967-ci ildə ilhaq olunan, 1981-ci ildə isə Knessetdə legitimləşdirilməsinə uğursuz cəhd göstərilən Qolan ərazisini beynəlxalq aləm Suriya torpaqları kimi tanıyır; elə Trampın son qərarı da bütün nüfuzlu təşkilatlar və dövlətlər tərəfindən etirazla qarşılandı: “Yalnız rəsmi Təl-Əvivin və sionizmin məmnunluğuna hesablanmış bu qərar daha bir rüsvayçılığı – gücün haqlılığı, hegemonluğun ədaləti kimi mənfi təzahürlərə meydan açır, hansı ki, ABŞ prezidentinin dünyanı özbaşına bölmək, siyasi xəritənin konturlarını dəyişdirmək niyyətlərini başqa cür adlandırmaq da mümkün deyil.” 

“Qələm” Yazarlar Birliyi sonda mədəni-kütləvi tədbirlərin işğalçıya humanizm, sülhpərvər maskası geyindirmək imkanını nəzərə alaraq “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin İsraildə keçirilməməsini təklif edib və bununla əlaqədar təcili şəkildə Avropa Yayım İttifaqına müraciət göndərməyin vacibliyini vurğulayıb.

Məqalədə : Qurban Cəbrayıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
269

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
178

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
209

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
242

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
273

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
262

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
834

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
640
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 05:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru