Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2019
10:42
880
ABŞ-ın `F-35`lərində ciddi nöqsanlar tapılıb

Belçika ordusunun ABŞ-a sifariş verdiyi "F-35" təyyarələrində ciddi nöqsanlar aşkar olunub. FaktXəbər bildirir ki, bu barədə mərkəzi ofisi Vaşinqtonda yerləşən "POGO" adlı müstəqil bir araşdırma qrupu hesabat hazırlayıb.

Pentaqona göndərilən 14 səhifəlik hesabatda qeyd olunur ki, "F-35"lərdə çox sayda nöqsan var. Təyyarələr uçuş standartlarını yerinə yetirməyib, testlərdən uğurlu keçməyib və təyyarələrdə çatların yaranması müşahidə olunur.
   
Qeyd edək ki, "F-35" təyyarələrini istehsal edən "Lockheed Martin" şirkəti Belçikaya 8 min uçuş saatı  barədə təminat verib. Hesabatda deyilir ki, bu qədər müddətə təyyarənin uçması isə qeyri-mümkündür. Həmçinin təyyarələrin kompüter sistemi də asanlıqla hakerlər tərəfindən hücuma məruz qalacaq durumdadır. Sistem tərəfindən toplanan və qeyd edilən məlumatlar etibarlı şəkildə saxlanmır.

Xatırladaq ki, Belçika 4 milyard avro qarşılığında 34 ədəd "F-35" təyyarəsi sifariş verib. Təyyarələrin hamısı 2025-ci ilə qədər təslim ediləcək.

Məqalədə : F-35 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru