Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
16:40
`Diqlas`ın rəhbərliyi zərər çəkmiş sahibkarlarla görüşdü

“Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum. “Diqlas” ticarət mərkəzinin təməli qoyulandan burdayam. Bura öz övladım kimi baxıram. Həyat elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik".

Bunu yanan “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov sahibkarlarla görüşündə deyib.

A.Rəhimov deyib ki, ticarət mərkəzinin tezliklə təmir olunmasını vacib sayıb: “Bu, mənim təklifimdir. Obyekt təmir olunsun, sahibkarlar fəaliyyətə başlasınlar, onlardan pul alınmasın. Ürəyim yanmasaydı, bura gəlməzdim, mən də sizinləyəm, zərərçəkmişəm. Orada olan sahibkarların da sığortası yoxdur. Ona görə də düşünüb bu məsələni başqa formada həll etməliyik. Hər kəs haqqını istəyir, dövlətin əleyhinə getmir. Xahiş edirəm, mənə vaxt verin, sahibkarların bəziləri ilə görüşüm, sonra sizə yekun məlumat verim”.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
468

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
394

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
605

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
439

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
381
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 05:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru