Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
14:04
AİP ABŞ-ın Qolan təpələri ilə bağlı addımına etiraz etdi

Azərbaycan İslam Partiyası ABŞ-ın Suriya torpaqlarını İsrail ərazisi kimi qəbul etməsini beynəlxalq hüquqa zidd addım hesab edir.

FaktXəbər-in məlumatına görə, bununla bağlı partiyanın mətbuat xidməti bəyanat yayıb.

Bəyantda deyilir: “Deportasiya kimi anti-bəşəri ənənənin bünövrəsini qoyan sionist ideyasının kök saldığı ərazilərdə insanlara əbədi dinclik yoxdur. Qondarma və qeyri-normal qaydalarla yaradılan İsrail dövləti yarandığı gündən nəzarət etdiyi ərazi və əhalinin dincliyini birmənalı şəkildə pozmaqla yanaşı, xərçəng xəstəliyinin əcaib virusu kimi şaxələnərək, rejimin nəzarətinə yeni ərazilər keçirməkdə fasilə vermək istəmir.

Yəhudi Məskunlaşması Assosiasiyasının üzvü sayılan Şabtayın vasitəçiliyi ilə ərəb torpaqlarının məqsədli şəkildə satın alınmasına vaxtilə baron Rotşildin verdiyi yüksək qiymət və eyni zamanda ərəbləri Suriyada və İordaniyanın şərq hissəsində saxlamağın çox pis olduğunu dilə gətirməsi, bu iki çayarası ərazilərin (İraqı nəzərdə tutur) İsrailin bir hissəsi olması iddiasını irəli sürməsi onu göstərir ki, beynəlxalq sionizm gələcəkdə daha böyük işğallar planlaşdırır.

Böyük Ermənistan “sevgisi” ilə yaşayan bədnam qonşularımızın ideyası ilə üst-üstə düşən bu qəsbkarlıq siyasəti, görəsən, ölkəmizə gələcəkdə daha nələr vəd edir?

Etnik təmizləmə və deportasiya tətbiqi ilə insanları doğma yurd-yuvasından qovan, qaçmayanı soyqırıma məruz qoyan sionistlər 1967-ci ilin iyun savaşında Suriyanın Colan təpələrinin 80 faizini nəzarətə götürdülər. Bu işğaldan on illər keçsə də, Suriya torpaqlarının işğal altında qalmasını qəbul etməməklə 1973-cü ildə İsrail tərəfindən işğal edilmiş ərazinin 100 kvadratkilometrini geri qaytara bilmişdir.

Beynəlxalq birlik sionistlərin qəsbkarlıqla əldə etdikləri bu əraziləri Suriya torpaqları hesab edir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Colan təpələrini İsrail ərazisi kimi qəbul etməsi , hər şeydən öncə, beynəlxalq qanunlara ziddir və bu ölkənin qəsbkarlığı, işğalçılığı, etnik təmizləmə siyasətini dəstəkləməsi, himayə etməsi deməkdir.

Suriyanı parçalamaq və ya xəritədən İsrailin xeyrinə silmək planı fiaskoya uğrayan Tramp sonda işğal altında qalan Qolan təpələrini İsrailin ərazisi kimi qəbul etməklə özünün anti-bəşəri siyasətini sübut etdi.

Hesab edirik ki, ABŞ-ın diplomatiyaya, bəşəri qanunlara zidd siyasəti torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməli və ərazi bütövlüyümüzün pozulmasında təhlükəli mesaj olaraq pislənməli, rədd edilməlidir.

Göründüyü kimi, Tramp BMT qanunlarını, dövlətlərin ərazi bütövlüyünü siyasi maraqlarına, sionizmin mahiyyətinə qurban verir. Bu isə beynəlxalq aləmin diqqətindən yayınmamalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14647

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13287

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14690

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19670

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14159

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14282
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 05:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru