Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
12:53
Elçin Quliyev Azərbaycan-Ermənistan sərhədində olub - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi istiqa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, “Qazax” sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sər­həd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər ve­ril­ib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13842

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12507

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13900

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13509

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18879

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13368

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13477
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 02:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru