Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
12:05
681
`Son zəlzələlər göstərdi ki, normativlərə uyğun inşa edilmiş binalar davamlı olur`

Əsas məqsədimiz yeni binaların tikildiyi ərazilərin seysmikliyinin maksimal balını müəyyən edib dəqiqləşdirməkdir. Bakıda indiyə qədər tikilən binaların hamısı üçün bunu etmişik. Amma son vaxtlar bizə bununla bağlı müraciətlər edilməyib.

Bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda olan son zəlzələlər göstərdi ki, normativlərə uyğun inşa edilmiş binalar davamlı olur: "Məsələn, Şamaxıda bu ilin fevral ayında baş verən zəlzələ zamanı normalara uyğun tikilən binalarda heç bir problem yaranmadı. Keyfiyyətsiz və standartlara uyğun olmayan, çay daşlarından tikilmiş binalarda daha çox dağıntı olub".

Q.Yetirmişli deyib ki, ölkədə seysmoloji bölgələri Xəzər dənizinin Azərbaycan sektoru, Abşeron yarımadası, Şamaxı-İsmayıllı, Quba-Qusar, Şəki-Zaqatala bölgəsi, Kiçik Qafqazda Basarkeçər və Kəlbəcər zonası, Naxçıvan zonasıdır.

Mərkəz direktoru Azərbaycanın ümumilikdə seysmoloji bölgədə yerləşdiyini söyləyib: "Yeraltı təkanlar daim qeydə alınır. Amma qısamüddətli güclü zəlzələnin proqnozunu vermək qeyri-mümkündür, saniyələr içində baş verən güclü zəlzələlərin yerini, vaxtını, gücünü demək çətindir. Çünki zəlzələ 9-10 saniyə ərzində baş verir. Amma uzunmüddətli zəlzələ üçün deyə bilərik ki, hansı sahə gərgindir və orada zəlzələ gözlənilir".

Məqalədə : zəlzələ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
53

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
334

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
138

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru