Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
11:19
Şəhid sərhədçimizin ailəsi mükafatlandırıldı - FOTO

Novruz bayramı günlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Vətəninin təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda rəşadət göstərərək şəhid olmuş qəhrəman sərhədçilər anılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, qəhrəman sərhədçilərdən biri - cari ilin 10 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən və DSX aparatının rəhbər vəzifəli şəxslərinin, Səfərbəlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəman sərhədçinin şərəfli və ləyaqətli ömür yolu, Azərbaycan sərhədçisinin adına layiq xidməti haqqında geniş məlumat verilib.

Dövlət sərhədlərinin mühafizəsində qəhrəmancasına həlak olduğuna görə kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı tədbir zamanı şəhid sərhədçinin atasına təqdim olunub.

Məqalədə : Şəhid sərhədçimiz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15757

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14432

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15836

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15429

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20802

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15329

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15474
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 21:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru