Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2019
09:58
Hizbullah lideri Suriya və Fələstin xalqına müraciət etdi

Livanın Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah ABŞ prezidenti Donald Trampın Qolan təpələrini İsrailin ərazisi kimi tanımasına münasibət bildirib. FaktXəbər məlumat verir ki, Həsən Nəsrullah Qolan təpələrinin işğalına qarşı ABŞ və İsrailə qarşı müqavimət göstərməyə çağırıb.
 
Hizbullah lideri suriyalılara torpaqlarını geri almaq, fələstinlilərə isə qanuni hüquqlarını əldə etmək üçün yeganə yolun müqavimət olduğunu deyib: "Trampın qərarı regionda sülh prosesi və ərazi bütövlüyü anlayışına atılan yumruqdur. Bu, Ərəb-İsrail münaqişəsi tarixində mühüm dönüş nöqtəsidir. Artıq qınamaların bizə bir faydası olmur. Tramp İsrail üçün bu addımı atdı. ABŞ rəhbərliyi BMT və Təhlükəsizlik Şurasının qərarlarını saymır. ABŞ bu qurumları öz maraqları üçün istifadə edir, ancaq layihələrinə xidmət etmək mövzusunda müvəffəqiyyətsiz olanda qərarlarını heçə sayır. ABŞ-ın bu addımı beynəlxalq qurumların xalqlarının hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir. Suriyalılara torpaqlarını geri almaq üçün buraxılan yeganə seçim və fələstinlilərin qanuni hüquqlarını əldə etmələrinin yeganə yolu müqavimət, müqavimət və müqavimətdir".

Ərəb dünyasının ABŞ qərarlarına qarşı hərəkətə keçmək mövzusunda uğursuz olduğunu bildirən Nəsrullah, "Ərəb dünyasının həqiqi reaksiyası Qüds üçün olmalıdır. Ərəb ölkələrindən İsrailə müharibə elan etməsini istəmirəm. Ancaq Ərəb ölkələrinin bir az şərəfi qalıbsa, Tunisdə keçiriləcək Ərəb Birliyi Zirvəsində 2002-ci ildə başladılan İsrail ilə sülh təşəbbüsünü ləğv etməlidirlər.",-deyə vurğulayıb.

Məqalədə : Nəsrullah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13732

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12407

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13795

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13389

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18764

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13253

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13382
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 23:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru