Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

26 Mart

2019
16:50
1906
Şagirdlərin gözünü zəiflədən təhlükə
Bütün valideynlərin bilməli olduğu səbəblər

Son vaxtlar işığa qənaət etmək məqsədilə  “qənaətli” ağ işıq lampalarından istifadə halları artıb. Bu lampalara  kütləvi şəkildə keçid şagirdlərin gözünə də  mənfi təsir edir.

Məktəbyaşlı uşaqların gözlərində yaranan quru göz sindromu, uzaq görmənin pozulması, görmə zəfliyi kimi problemlərin səbəbləri barədə xeyli fikirlər səslənir.

Bu barədə danışan oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.

“Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.

Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.

Oftalmoloq: Müasir texnologiyadan istifadə uşaqlarda görmə problemləri yaradır

Hazırda bağçalarda, məktəblərdə, evlərdə “led lampalar”-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.

Eləcə də plastik qapı-pəncərə sinifdə havasızlıq yaradır. 30-40 uşağın olduğu otaqda nə havalandırma, nə işıq texniki baxımdan düzgün olmadığından məktəbə gedən uşaqların demək olar, yarıdan çoxunda 2 aydan sonra gözdə zəiflik problemləri başlayır.

Göz beynin bir hissəsidir. Beyin yorulur, hava almır, gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir”.

Bəs valideynlər bu problemlərin qarşısını necə almalıdır? Məktəbdə lapmaları dəyişmək mümkün deyil, evdə nələr edə bilərlər?

“Valideynlər heç olmasa uşağın yatdığı, dərs hazırladığı otaqda qənaətli “ağ” işıq lampaları yox, adi, sarı işıq yayan, düzgün bucaqda işıq yönləndirən stolustu lampadan istifadə etsinlər, plastik pəncərə qoymasınlar, otağın havalandırılmasına fikir versinlər.

Uşaq gün ərzində açıq havada müəyyən müddət gəzsin, oynasın. Maksimum uzağa baxma məşqləri etdirsinlər. Dar sinif və otaqlar uşağın normal göz inkişafına birbaşa zərbədir. İndi uşaqlar hara gedirlər internet axtarırlar. Uşaqlar başını qaldırıb heç ətrafa belə baxmır.

Yatan zaman uşağın telefona baxmamasına çalışsınlar. Masa arxasında düzgün əyləşməsini təlqin etsinlər. Onurğanın, boynun vəziyyətinə baxsınlar”.

Həkim hazırda sağlam gözü və 100% görməsi olan məktəbliyə nadir halda rast gəldiyini bildirir. Bu isə genofondumuz və gələcəyimiz üçün çox təhükəli məqamdır./ medicina.az

Məqalədə : görmə göz problemi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
78
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru