Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

26 Mart

2019
16:06
1812
FHN rəsmisi `Diqlas` rəhbərindən fərqli açıqlama verdi

FaktXəbər-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir.

O qeyd edib ki, yanğın səhər saat 08:12 radələrində baş verib və 8 dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Qərargah rəisinin sözlərinə görə, 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb, zirzəmidə isə işlər davam etdirilir.

"Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb", - deyə Novruzov bildirib.

Qərargah rəisi əlavə edib ki, "Diqlas" ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur və obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmayıb, yanğının söndürülməsi üçün isə su 2 kilometrlik məsafədən əldə edilir.

Qeyd edək ki, "Diqlas" rəhbəri açıqlamasında yanğının dönərxanadan başladığını söyləyib.

Məqalədə : Diqlas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 23:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru