Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

26 Mart

2019
15:18
535
Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?
Psixoloqdan müəllimlərə tövsiyələr

“Dərs ili müddətində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın”. Bu sözləri psixoloq Roza Kazımlı bildirib.

O, adaptasiya problemlərinin daha çox ibtidai siniflərdə yaşandığını və bu baxımdan, müəllim və valideynlərin üzərinə böyük yük düşdüyünü deyir:

“Düşünürəm ki, dərs ili ərzində tətillər tez-tez olmalıdır ki, uşaqlarda adaptasiya problemi yaranmasın. İl ərzində, səhv etmirəmsə, 3 dəfə tətil olur və uşaqlar nə istədikləri kimi tətil keçirə, nə də dincələ bilirlər. Bu halda, onlarda  adaptasiya problemləri yaranır.

Adaptasiya problemi daha çox ibtidai siniflərdə yaranır. Bu zaman isə müəllim və valideynlərin  üzərinə böyük iş düşür.

Müəllimlər tətildən əvvəl şagirdlərə asudə vaxtlarında yerinə yetirmələri üçün  maraqlı tapşırıqlar verməlidir ki, onlar dərs ab-havasından tam uzaqlaşmasınlar və  məktəbə qayıtmaqları üçün  həvəsləri oyansın.  Uşaqlar məktəbə məcbur getməməlidir. Onlarda tətil müddətində bir çox suallar  yaranır: “dərsə  niyə getməliyik?”, “tətil  bitdikdən  sonra necə olacaq?”  Bütün bunların qarşısını almaq üçün əsas yük müəllimin üzərinə düşür.  O, nə qədər sərt, tərs olsa, sinifdə yalnız müəllimin sözünün keçdiyi aftoritar şərait hökm sürsə uşaqlarda da dərsə həvəs bir o qədər az olacaq.

Heç də bütün şagirdlər eyni deyil. Müəllimlər bunu qəbul etməli və hər şagirdə fərdi yanaşmalıdır. Bəzən uşaqlar olur ki, onlarda rəsmə daha çox həvəsi olur. Amma  müəllimlər onlara “Riyaziyyat”ı, “Həyat Bilgisi”ni  məcbur öyrətməyə çalışırlar. Bu hal aradan qalxmalıdır. Əsas fənlərlə yanaşı Təsviri incəsənət, Fiziki tərbiyə kimi fənlərə də maraq yaradılmalıdır.

Belə deyək, bir məktəbdə 3 paralel  2-ci sinif ola bilər. Bu siniflərdə dərsə həvəsli şagirdlərin sayı heç də eyni deyil. Hansı sinifdə ki, müəllim şagirdlərə fərdi yanaşır, onları bacardıqları sahəyə yönləndirir, bu siniflərdə dərsə maraq daha çox olacaq.

Qaldı ki, valideynlərin vəzifəsinə, onlar uşaqların tətil tapşırıqlarına kömək etməlidilər.  Amma nəzərə almaq lazımdır ki, bu şagirdlərin  tətilləridir. Gün ərzində maksimum bir saat dərslə məşğul olmaq lazımdır. Məsələn, biz özümüz tətil ərzində işləsək buna heç də müsbət reaksiya vermərik, o ki qaldı uşaqlar...  Bu baxımdan onların tətilləri əlindən alınmamalıdır”./AzEdu.az

Məqalədə : tətil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
971

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1331
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 00:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru