Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

26 Mart

2019
15:17
1379
Çin nəhəng media holdinqlərini almağa başlayıb

Çin beynəlxalq media orqanlarında nüfuzunu artırmaq və rəsmi Pekin maraqlarına uyğun xəbərlərin dərc edilməsi üçün hərəkətə keçib. FaktXəbər bildirir ki, bu barədə "Sərhədsiz Reportyorlar" birliyi hesabat dərc edib.

Hesabatda qeyd olunur ki, Çin hökuməti beynəlxalq yayımları artırmaq və genişmiqyaslı reklam kampaniyaları aparmaqla öz ideologiyasını yaymaq üçün müxtəlif strategiyalardan istifadə edir.

Rəsmi Pekin hər il Çin mətbuatının qlobal genişlənməsi prosesinə 1,3 milyard dollar sərmayə qoyur. Bu da son bir neçə il ərzində onların beynəlxalq səviyyədə əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.

Çin televiziya şəbəkəsi "CGTN" 140 ölkədə və dövlət radiosu olan "China Radio International" isə 65 dildə yayımlanır. Bundan əlavə, Qərb mediasında ödənişli reklam yerləşdirmək üçün əhəmiyyətli vəsait ayrılır.

Çin hökuməti həmçinin xarici mətbuata nəzarət etməyə çalışır. Belə ki, aparıcı və nüfuzlu media holdinqlərinin səhmlərinin bir hissəsi alınır. Bu isə ölkəni tənqid etmək üçün jurnalistlərə senzura tətbiq etməyə və ya onları işdən azad etməyə imkan verir.

Məqalədə : Çin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
176

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
299
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 00:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru