Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

25 Mart

2019
15:50
278
Gürcüstanda azərbaycanlı abituriyentlər üçün xüsusi təqvim hazırlanıb

Gürcüstanda milli azlıqları təmsil edən abituriyentlər üçün vahid milli imtahanlara qeydiyyatla bağlı xüsusi təqvim hazırlanıb.

Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi məlumat yayıb.

Azərbaycan dilli abituriyenlər üçün çap olunmuş təqvimlərdə qəbul imtahanlarına qeydiyyat müddəti və digər vacib məlumatlar yer alıb. Təqvimlər məktəb və resurs mərkəzlərində abituriyentlərə paylanılır.

Bununla yanaşı, Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzinin nümayəndələri milli azlıqların yaşadıqları şəhər və rayonlarda qəbul imtahanları ilə bağlı məlumatlandırıcı görüşlərə başlayıblar.

Gürcüstanda vahid milli imtahanlara qeydiyyat prosesi martın 12-də başlayıb. Bu günə qədər 12 mindən çox abituriyent qeydiyyatdan keçib. Bir neçə mərhələdən ibarət qeydiyyat prosesinin əsas mərhələsi aprel ayının 3-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ildəki qəbul imtahanlarında iştirak edən və yüksək bal toplayan 500-ə yaxın azərbaycanlı abituriyent ali məktəblərə qəbul ola bilməyib. Bunun əsas səbəbi kimi abituriyetnlərin qəbul imtahanlarının qaydaları barədə kifayət qədər məlumatlı olmadıqları göstərilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
175

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
299
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 00:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru