Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Mart

2019
14:14
449
Ərdoğan: Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Yeni Zelandiyadakı terror aktı ilə bağlı İstanbulda keçirilən növbədənkənar yığıncağında iştirak edib. FaktXəbər bildirir ki, Ərdoğan çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampın Suriyanın Colan təpələrinə dair son bəyanatını etirazla qarşılayıb. 

"Dünən ABŞ Prezidenti Donald Trampın Colan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib. Colan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik",-deyə Ərdoğan vurğulayıb. 

Məqalədə : Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3453

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2809

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 02:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru