Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

22 Mart

2019
12:30
298
Elmar Məmmədyarov Argentina parlamentində görüşlər keçirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentina Deputatlar Palatasının sədri, deputat Emilio Monzo ilə görüşüb. XİN-dən FaktXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd edilərək parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.

Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Argentinaya səfərinin iqtisadi-ticari əlaqə və mübadilənin gücləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin qarşı tərəfə Azərbaycanın iqtisadiyyat və ticarət üzrə strategiyasının əsas aspektləri barəsində məlumat verərək energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və turizm sahəsinin bu strategiyanın əsas istiqamətləri olduğunu bildirib.

Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici işlər və etiqad komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə, əsasən, iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda, iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.

Elmar Məmmədyarov həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmiz və xalqımız haqqında xoş təəssüratlarını bölüşüb. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.

Məqalədə : Elmar Məmmədyarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 23:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru