Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Mart

2019
11:36
1549
Ziya Məmmədov villasını 310 min manata satır - VİDEO

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb. Sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Məlumata görə, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.

Bildirilib ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.

Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Nardaranda olarkən onu da öyrəndik ki, sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. Məlumata görə, 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə – Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.

Məqalədə : Ziya Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3454

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2810

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1101
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 03:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru