Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

21 Mart

2019
13:17
880
Mirabdulla Abbasov: Bəzi məsələlərə real baxmalıyıq

"Oyuna yaxşı hazırlaşmışıq. Baş məşqçimiz Nikola Yurçeviçin tapşırıqlarını meydanda yerinə yetirməyə hazırıq. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Ümid edirik ki, Bakıya bizə sərf edən nəticə ilə qayıdacağıq".

FaktXəbər-in məlumatına görə, bunu "Report"un Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov bu gün səfərdə Xorvatiya yığması ilə keçirəcəkləri oyun barədə danışarkən deyib. 24 yaşlı hücumçu digər sualları da cavablandırıb...

- Yurçeviç bu oyunla bağlı sizə daha çox hansı məqamları çatdırıb?

- Oyunumuzdakı pozitiv halları və rəqibin güclü cəhətlərini göstərib. Eyni zamanda necə oynayacağımıza dair taktiki məşqlər etmişik.

- Rəqibin heyətində ucaboy futbolçuların olması komandanıza hansı çətinliklər yarada bilər?

- Buna görə də standart vəziyyətlərdə daha diqqətli olmalıyıq. Xüsusən ona görə ki, biz nisbətən alçaq boylu oyunçulara malikik. Baş məşqçimiz bu məqama daha çox fikir verməyimizin vacibliyini vurğulayıb. Məşqlərdə standart vəziyyətlər üzərində də işləmişik. Düşünürəm ki, oyuna tam hazırlıqlı çıxacağıq.

- Rəqib baş məşqçi Zlatko Daliç Azərbaycan millisinin heyətində iki sürətli hücumçunun olduğunu bildirib. Özünüzü bu cür xüsusiyyətlərə malik forvardlardan sayırsınız? 

- Yəqin ki, Daliç bir neçə oyunumuza baxıb. Məncə, Ramil Şeydayev, Araz Abdullayev və Mahir Mədətovu daha sürətli hücumçu saymaq olar.

- Bəs siz özünüzü millinin əsas heyətinə nə dərəcədə hazırlıqlı sayırsınız?

- Bu, baş məşqçinin qərarından asılı məsələdir. Meydana buraxılsam, öz üzərimə düşən işi yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Əks halda, onun fikrinə hörmətlə yanaşacağam.

- Düşünmürsünüzmü ki, hazırda millinin hücum xəttində daha ciddi rəqabət var?

- Əlbəttə, rəqabətin olması yaxşıdır. Məni buraxsalar, oynamağa hazıram. Yəqin ki, baş məşqçi ən hazırlıqlı oyunçulara güvənəcək.

- Belə fikirlər var ki, UEFA Millətlər Liqasında 0:4 hesabı ilə uduzduğunuz Kosovo ilə səfər oyununun ikinci hissəsində siz meydana daxil olduqdan sonra hücumlarınızın kəsəri artmağa başladı...

- Bu, elə bir oyun idi ki, mən meydana çıxdığım vaxt artıq hər şey həll olunmuşdu. Ola bilsin, buna görə də rəqib arxayınlaşmışdı və biz də buna görə rahat oynayırdıq. Kimin necə oynadığı isə kənardan daha yaxşı görünür.

- "Neftçi"də də daha çox sonradan meydana daxil olursunuz. Ola bilərmi ki, bu, sırf oyunu gücləndirə bilmə bacarığınızla əlaqədardır və siz də artıq bu rolla barışmısınız?

- Xeyr, barışmamışam. Təbii ki, əsas heyətdə oynamaq istərdim. Bəli, öz klubumuzda da bir neçə oyundur ehtiyatda qalıram. Bu, problem deyil. Vəzifəm meydana çıxıb öz işimi görmək, əlimdən gələni etməkdir.

- Yurçeviç Xorvatiya ilə görüşdə 0:0 hesablı heç-heçənin də qənaətbəxş olacağını bildirib. Bəs əsas vəzifəsi qol vurmaqdan ibarət olan hücumçu kimi bu hesab sizi nə dərəcədə qane edəcək?

- Əlbəttə, istərdim ki, qol vurum və komandamız qalib gəlsin. Amma bəzi məsələlərə real baxmalıyıq. Xorvatiya çox səviyyəli rəqibdir, son dünya çempionatının finalçısıdır. Bu baxımdan, səfər heç-heçəsi pis nəticə deyil.

- Rəqibin heyətində çoxsaylı itkilərin olmasını komandanız üçün üstünlük saymaq olar?

- Əlbəttə, müəyyən oyunçuların olmaması bizim üçün üstünlükdür. Amma, bununla belə, rəqibin keyfiyyətli oyunçularının sayı yenə kifayət qədərdir.

- Xorvatiya ilə oyunda mümkün heç-heçə AVRO-2020-yə vəsiqə hədəflərinizin gerçəkləşməsinə nə dərəcədə təsir edə bilər?

- Özünəinam baxımından müsbət hal olar. Belə bir rəqibdən səfərdə xal ala bilsək, bu, şanslarımızı artıra bilər.  

Məqalədə : Mirabdulla Abbasov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru