Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Mart

2019
13:15
1311
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən FaktXəbər-ə bildirilib ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçılarını təbrik edən general-polkovnik E.Quliyev və general-mayor Q.Rzayi çıxışlarında milli-mənəvi dəyərlərə dərin bağlılığı, tarixi-mədəni keçmişə yüksək ehtiramı nümayiş etdirən, bolluq, bərəkət və barış rəmzi olan Novruz bayramı münasibətilə ən səmimi arzularını çatdırmışlar.

Sonra Azərbaycan və İran sərhədçilərinin döyüş fəaliyyətinə həsr edilmiş sənədli filmlər nümayiş olunub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam edib.

Məqalədə : Sərhəd xidməti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1764

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2063

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
206
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 03:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru