
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev qol.az-a müsahibə verib. Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirəcəyi oyun haqda fikirlərini açıqlayan mütəxəssis maraqlı fikirlər səsləndirib.
- Milllimiz martın 15-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb. Məşqçilər Komitəsinin üzvü olaraq, yığma üzvləri ilə görüşünüz olubmu? Ümumiyyətlə, düşərgədə ab-hava necədir?
- Futbolçularla görüşməmişik. Kollektivdəki atmosferlə bağlı yalnız komandanın içində olanlar nəsə deyə bilər. Kənardan baxsan belə, bunu bilə bilməzsən. Yeni baş məşqçi gəlib. Milli hələlik heç kimə aydın olmayan bir sandıq kimidir. İçindən nə çıxacaq, hələ bilinmir. Demək olmaz ki, Xorvatiya ilə oyunda Yurçeviçin bütün bacarığı, bilikləri ortaya çıxacaq.
- Nikola Yurçeviçin açıqladığı heyətdə sizi təəccübləndirən nəsə oldumu?
- Hər məşqçinin öz baxışı var. Ona görə də taktikasına uyğun gələn futbolçuları seçir. Tək bizdə yox, bütün dünyada bu baxımdan hər zaman narazılıq olub və olacaq. Bu, qaçılmazdır. Ancaq desək ki, bu gün millidəkilərdən bir baş yüksək futbolçu kənarda qalıb, düzgün olmaz. İlk 11-likdəki futbolçuların seçimi ilə bağlı anlaşmazlıq, səhv ola bilər. Əslində bu da səhv deyil. Bu gün 3-4 futbolçu var ki, onlar millidə ola bilərdilər. Amma bu o demək deyil ki, onlar olsaydı, nəyisə kökündən dəyişə bilərdi.
- Bəs Xorvatiya ilə oyundan nə gözləyirsiniz?
- İlk oyundan nəsə gözlədiyimizi demək çətindir. Hansısa sürprizlər ola bilər. Bu futbolçular bizimdir. Onların nəyə qadir olduğunu hamıdan yaxşı bilirik. Yalnız motivasiya məsələsi var. Bu, lap yüksək səviyyədə olarsa, komandadan Zaqrebdə sürpriz gözləmək olar. Aydındır ki, Azərbaycanla Xorvatiya arasında böyük fərq var. Bunu utanmadan demək lazımdır. Pafoslu sözlərə ehtiyac yoxdur. Fərq göz qabağındadır. İlk görüşdə dünya ikincisi ilə "hazırlıqsız" oynamaq çox çətindir. Bəlkə də bunun hansısa köməyi ola bilər. Amma nəzərə alaq ki, bu, Xorvatiyadır. Real olmayan şeylərin üzərində dayanmaq lazım deyil. Uğurlar arzulayıram. Ümid edək ki, millimiz martın 21-də Xorvatiya önündə o qədər aciz olmayacaq. Ən azı mübarizə aparacaq. Ustalıq səviyyəsindəki fərq ortadadır. Bunu müqayisə etmək belə gülməli çıxar.
- Bayaq qeyd etdiniz ki, Yurçeviç yeni gəlib, milli hələlik qapalı qutu kimidir, ona görə də istənilən nəticə qeydə alına bilər. Xorvatiyalı mütəxəssisin komandanı yaxşı tanımamasını, yığmanın hazırlıq səviyyəsinin istənilən formada olmamasını nəzərə alsaq, 2014-cü ildəki ağır məğlubiyyətin (0:6 - E.S) təkrarlanmaq ehtimalı varmı?
- Hər bir məşqçi hara getdiyini və kimlərlə işləyəcəyini yaxşı bilir. Bunu sabah səbəb kimi göstərmək düzgün deyil. Amma onu deyim ki, bu gün heç kim həmin nəticəni gözləmir. Bununla belə, futbolda hər şey mümkündür. Hər bir işdə minimum və maksimum nəticə olur. Futbol isə elə bir oyundur ki, burada minimum-maksimum anlayışı yoxdur. Gözəllik də ondadır ki, futbol proqnozu sevmir. Yenə deyirəm, hər bir şey ola bilər. Amma mən 0:6 hesabının təkrarlanacağına inanmıram.
- Yurçeviçin xorvatiyalı olmasının qarşıdakı matçda bizə xeyiri dəyə bilərmi?
- Burada bir məsələ var ki, Yurçeviç bir neçə il Xorvatiya millisində işləyib. Futbolçuları fərdi olaraq, yaxşı tanıma qabiliyyəti var. Həmyerlilərindən kimlərin nəyə qadir olduğunu, onların hansı üstün və mənfi cəhətlərinin olduğunu dəqiqliklə bilir. Xorvatiyaya qarşı çıxaracağı materialdan çox şey asılı olacaq. Yalnız bu sarıdan üstünlük ola bilər.
- Rəqibin heyətində zədəli futbolçuların çoxluğunu Azərbaycan üçün üstünlük saymaq olar, yoxsa xorvatlarda birinci və ikinci heyət anlayışı yoxdur?
- Mən Xorvatiya millisinin heyətindəki zədəliləri Azərbaycana qarşı elə də böyük itki saymazdım. Düzdür, İtaliya, İspaniya, Fransaya qarşı oynasaydılar, itki sayıla bilərdi. Hazırda onların ikinci heyətindəki futbolçuların durumu bizim əsas oyunçularımızın vəziyyətindən fərqlənir. Əslində xorvatların oynayan və oynamayan futbolçuları arasında elə də ciddi fərq yoxdur.
- Yurçeviç dünən ölkəsinin mətbuatına müsahibəsində iddialı fikirlər səsləndirib, Xorvatiyanı təəccübləndirməyə çalışacaqlarını bildirib. Onunla bugünə qədər görüşünüz olub? Doğrudanmı iddialı məşqçidir?
- İclas zallarında, ayaqüstü söhbətlərimiz olub. Amma geniş danışmamışıq. Çünki hələ yığmanın sükanı arxasında hər hansı oyun keçirməyib. Yəqin ki, bundan sonra olacaq. Ona görə də iddialı olub-olmaması barədə nəsə desəm, yalan olar.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun20-02-2020 14:39 Mozambik, Zimbabve və Kenya da millimizi geridə qoydu
13-02-2020 11:58 İlham Əliyev millimizi təbrik etdi
02-10-2019 16:35 Millimizin Macarıstanla oyun üçün heyəti açıqlanıb
08-06-2019 09:59 Millimiz macarlara qarşı, Türkiyə dünya çempionu ilə üz-üzə
22-03-2019 09:30 Rusiya Belçikaya məğlub oldu - VİDEO
22-03-2019 09:06 "Əslində biz uduzmalı deyildik" - Yurçeviç
- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik