Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
14:27
2153
“Xiaomi” “Black Shark 2” adlı güclü smartfonu təqdim edib

“Xiaomi” şirkəti “Black Shark” adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim edilmiş “Black Shark” və “Black Shark Helo” smartfonlarının varisidir.

“Black Shark 2” smartfonu “Full HD+” (2340x1080 piksel) təsvir ölçülü 6,39 düymlük ekran, 48+12 MP-lik ikiqat əsas kamera və 20 MP-lik ön kamera, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Aparat, həmçinin “Qualcomm Snapdragon 855” prosessoru, 6/8/12 QB-lıq əməli və 128/256 QB-lıq daxili fləş yaddaşa malikdir. 2 ədəd SIM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS+QLONASS” texnologiyaları dəstəklənir, “USB Type-C” portu mövcuddur.

Barmaq izi skaneri ekranın alt hissəsinə keçirilib.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 163,61x75,01x8,77 mm, çəkisi isə 205 qr-dır.

“Black Shark 2” smartfonu qara, gümüşü və göy rəngli korpuslarda təklif edilir.

Məqalədə : Black Shark 2 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3453

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2807

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 01:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru