Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

19 Mart

2019
12:13
706
Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir

2018-ci ildə “Kaspersky Lab” 500 milyona yaxın fişinq səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

FaktXəbər-in məlumatına görə, “Kaspersky Lab” bu il ilk dəfə olaraq Azərbaycanı fişing hücumlar monitorinqinə daxil edib. Azərbaycan 169 ölkə arasında 13.83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni 28.28%-lə Braziliya tutur. Sinqapur 4.54% göstərici ilə sonuncudur:

“2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar”.

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır.

2018-ci ildə “Kaspersky Lab” həlləri bu tipli saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan fırıldaqçılıqda “qurban”ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq olaraq, bir o qədər artıq olacaq.

Ötən il “Kaspersky Lab” “özüyayılan” fişinqi ifşa etdi. Bu fişinq əsasən messenger və sosial şəbəkələrdə, xüsusilə də “Whatsapp”da çox geniş yayılmışdı. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirdilər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunurdu.

Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə sadə qaydalara riayət etməyi tövsiyə edir:

* Məktub göndərənin ünvanını və məktuba daxil olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşirsinizsə, mütləq şifrəni yenisi ilə əvəzləyin.

* Vacib saytlara daxil olarkən (məsələn internet bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca, ictimai WI-FI sistemindən uzaq qaçın. Bütün bunlar fişinq səhifələrə girmə ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün xüsusi proqram və həllərdən istifadə edin.

* Anti-fişinq texnologiyaları ilə olan qorunma həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.

Məqalədə : Kaspersky 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
647

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
81

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
99

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
90

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
191

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
83
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru