Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
12:09
841
Millimizin məşqçisi: `Əlbəttə, Xorvatiya başqa dünyadır`

“Zaqrebə dönürəm və bu, mənə zövq verir. Azərbaycan millisinin öz plan və hədəfləri var”.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya yığması ilə səfər matçı ərəfəsində deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, rəhbərlik etdiyi komanda lazım olan hər şeylə təmin olunub: “Bizim çox yaxşı futbolçularımız var. Futbol bəzi şeylərin öncədən təxmin edilə bilməyəcəyi bir idman növüdür. Bəzən kağız üzərində zəif olan kollektiv rəqibinə sürpriz edə və ya ciddi müqavimət göstərə bilir. Biz “Maksimir”də bunu etməyə çalışacağıq. Əlbəttə, Xorvatiya başqa dünyadır, amma biz də nəyəsə ümid edə bilərik”.

N.Yurçeviç həmyerliləri ilə oyunda müsbət nəticəyə ümid bəslədiyini vurğulayıb: “Əlbəttə, Xorvatiyaya qələbə üçün gəldiyimizi deməzdim. Ancaq asanlıqla təslim olmaq fikrimizdə yoxdur. Xorvatiya və Azərbaycan millilərinin hansı mövqelərdə qərarlaşdığını yaxşı bilirik. Robert Prosineçki bu komanda ilə Bakıda heç-heçə edə bilibsə, biz də nəyəsə ümid bəsləyə bilərik. Azərbaycanda heç kim möcüzəyə ümid etmir. Hamı Xorvatiyanın gücünü bilir və rəğbət bəsləyir. Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mənim Azərbaycan millisinə rəhbərlik etməyimin bu komanda üçün üstünlük saydığını söyləyib. Bu xoş sözə görə ona təşəkkür edirəm. Mən də düşünürəm ki, bu, bizim üstünlüyümüz ola bilər. Çünki Xorvatiya komandası, futbolçuların keyfiyyəti və mentalitet haqda çox şey bilirəm. Ancaq çox şey oyunçulardan asılıdır. Bizdə Rusiya Premyer Liqasında çıxış edən Ramil Şeydayev var, ondan çox şey gözləyirəm. O, bizim əsas ümidlərimizdən biri olacaq”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3454

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2810

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 03:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru