Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
11:46
294
Rusiyadan Azərbaycana heyvan məhsullarının gətirilməsi qadağan olunub

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Agentlikdən FaktXəbər-ə daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb. 

Bununla əlaqədar, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

Məqalədə : Rusiya Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
189

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
154

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1152

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
133

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
685

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
706

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
283
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 00:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru