
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə (DSX) həvalə edildikdən sonra bu ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri surətlə davam etdirilir.
DSX-dan Faktxeber.com-a bildirilib ki, sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.
Martın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının“Qazax”sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunmuş, 150 metr dərinlikdə artezian quyusu qazılmışdır.
Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.
Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış müğənnilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olmuş, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik etmişlər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub
- 12-06-2020 09:35 Atəşkəs rejimi snayper tüfənglərindən də istifadə etməklə 22 dəfə pozulub
- 11-06-2020 14:35 ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb
- 11-06-2020 09:28 Atəşkəs rejimi 23 dəfə pozulub
- 10-06-2020 12:27 Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO
- 10-06-2020 09:29 Düşmən atəşkəsi 24 dəfə pozdu
- 09-06-2020 10:07 ABŞ-da F-35A qırıcısının eniş zamanı şassisi sınıb
- 09-06-2020 09:28 Düşmən atəşkəsi pulemyotlarla 25 dəfə pozub
- 08-06-2020 12:49 Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
- 08-06-2020 10:33 KİV: ABŞ təyyarədaşıyan gəmisi təlimlər üçün Yaponiyanı tərk edib
- 06-06-2020 09:30 Atəşkəs 24 dəfə pozuldu
- 05-06-2020 09:30 Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
- 04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
- 04-06-2020 09:15 Atəşkəs 22 dəfə pozulub