Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

18 Mart

2019
12:18
259
BNA güclü küləyə görə nəzarəti artırıb

BNA: Küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.

Bu barədə FaktXəbər-ə BNA-dan bildirilib.

Məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qrupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

“Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülərə isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”, - deyə məlumatda qeyd edilib. 

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
969

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 23:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru