Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
14:02
485
BVF-nın Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin edilib

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyanın rəhbəri vəzifəsinə Natalia Tamirisa təyin edilib. FaktXeber.com-un məlumatına görə, bunu “Report”a fondun Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O deyib ki, Natalia Tamirisa BVF-nın Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb: "Təyinatı barədə Azərbaycan tərəfi xəbərdar edilmişdi”. 

A.Qədirli yeni rəhbərin rəsmi təqdimatının tarixini açıqlamayıb.

Qeyd edək ki, missiyanın əvəvlki rəhbəri Məhəmməd əl Qorçu həmin vəzifədə 2015-ci il noyabrın 10-dan çalışıb.

Bakı ofisinin rəhbəri həmçinin N.Tamirisanın fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin müşaviri olduğunu diqqətə çatdırıb: “Yaxın Şərq və Mərkəzi Asiya Departamentində bir neçə il ərzində regional tədqiqatlar şöbəsinin başçısı işlədiyinə görə Qafqaz və Mərkəzi Asiya regionlarındakı iqtisadi vəziyyətə yaxından bələd olan Tamirisa BVF-də çalışdığı 20 il ərzində iqtisadi siyasətə dair bir çox mövzunu, o cümlədən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı icmalları, erkən xəbərdarlıq çalışmalarını işləyib. Həmçinin Çex Respublikası, Avrozona, Malayziya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistanda çalışmış N.Tamirisanın elmi məqalələri beynəlxalq kapital axınları, makroiqtisadi proqnoz kimi mövzuları əhatə edir. Havayi Universitetində iqtisadi elmlər namizədi elmi dərəcəsi əldə edib”.

1992-ci il sentyabrın 18-dən BVF üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
221

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
223

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
188

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
178

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
223

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
245

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
231

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
221

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru