Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
13:59
309
Gürcüstan müsəlmanları hərbi xidmət haqqında qanuna dəyişikliyə qarşıdır

Gürcüstanda həqiqi hərbi xidmət haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb. Layihədə yalnız pravoslav din xadimlərinin həqiqi hərbi xidmətdən azad olunması nəzərdə tutulub.

Sənədə əsasən, digər dinə qulluq edən şəxslərin hərbi xidmətdən azad olunması hüququ olmayacaq.

Məsələni şərh edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib ki, hərbi xidmətdən azad olunmanın yalnız pravoslav ruhanilərinə şamil olunması diskriminasiyadır: “Qanuna bu cür dəyişikliyin edilməsi yanlış yanaşmadır. Əgər dəyişiklik qəbul olunacaqsa, bu, ya bütün din xadimlərinə aid edilməli, ya da heç bir din xadiminə aid edilməməlidir”.

Onun sözlərinə görə, gələn həftənin əvvəlində Gürcüstan parlamentində görüş keçiriləcək və məsələ ilə bağlı idarənin münasibəti açıqlanacaq.

R.İgidov deyib ki, Gürcüstanda çoxlu sayda dini sekta və cərəyanlar fəaliyyət göstərir: "Onlar da saxtakarlıq yolu ilə vətəndaşları hərbi xidmətdən yayındırırlar. Biz təklif edirik ki, Gürcüstanda "Din haqqında" qanun qəbul olunsun. Belə bir qanun olsa, ənənəvi və qeyri-ənənəvi dinlər fərqləndiriləcək”.

GMİ sədri qanuna nəzərdə tutulan dəyişikliklərin din xadimlərinin alternativ hərbi xidmət keçmələrinə aid olunmayacağını qeyd edib: “Alternativ xidməti din xadimləri ibadət evində keçir. Onlar həftədə 41 saat olmaqla il yarım müddətində dini məkanda ayin və ibadətər yerinə yetirir, həm də ibadət yerinə nəzarət edir və təmizlik işlərinə baxır”.

Qeyd edək ki, qanun layihəsi Gürcüstanda digər dini konfessiyalar arasında da narazılıq yaradıb. /Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gürcüstan müsəlman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com