Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
16:59
1934
Dünyanın ən qorxunc pilləkənləri

Pilləkənlər də digər yollar kimi  insan yaddaşında apardığı yerlər  qədər işıqlı izlər qoya bilər. Onlardan bəziləri sürrealistlərin kətandakı rəsmindən qopmuş kimi görünsə də, bəziləri ancaq qorxu yaradır. FaktXeber.com olaraq bu gün Sizlərə dünyanın ən qorxulu pilləkənlərindən bəzilərini təqdim edirik.

Kamboca, ankor-Vat məbədi

70 dərəcə mailliyi olan körpünü iməkləyərək, ya ipdən tutaraq çıxmaq burda adi haldır. Gidlər bildirirlər ki, pilləkənin belə inşasında əsas hədəf insanlara səmaya ucalmağın o qədər də asan olmadığını göstərməkdir. Yeri gəlmişkən, qeyd edək ki, səmadan düşmək də o qədər asan deyil.

Ekvador, Paylon del Dyablo  şəlaləsi 

Şəlalənin içindən keçən  pillələr  tropik mənzərədən həzz almaq üçün tikilib. Bununla belə yerli dildə «Şeytan ocağı» mənasına gələn şəlalənin adı da boş yerə seçilməyib.

ABŞ, Half Dom zirvəsinə gedən  kanat pilləkən

Peru, İnklərin pillələri

Maçu-Pikçuda təqribən 500 il əvvəl inklər tərəfindən inşa edilən  və Uayn Piçkçu dağına dırmanan möhtəşəm bir körpü 

ABŞ, Azadlıq Abidəsi

Nyu-Yorkda Azadlıq abidəsinin tacından görünən mənzərədən həzz almaq istəyirsinizsə, bununla belə klaustrofobiyanız varsa, işiniz çətindir. Ora gedən yeganə yol ikiqat spiral formasında olan dar vintli pilləkəndir. Ancaq ən dözümlülər 20 mərtəbəyə ekvivalent olan 377 pillədən ibarət yolu gedə bilir.

Norveç, Florli pilləkəni

800 metr hündürlüyə qalxan və 4444 pillədən ibarət dünyanın ən uzun pilləkəni ağacdan hazırlanıb.

Çin, Xuaşan dağı üçün səma pilləkəni

Elə Xuaşan dağının səthində yonulmuşpillələrin dəqiq sayını hələ heç kim bilmir.

Fransa, Monblan zirvəsində rəsədxana

Alp dağının ən uca zirvəsində yerləşən rəsədxanaya gedən pilləkənlər rahat olsalar da, səfər boyu güclü küləklər və aşağı temperatur Sizləri müşaiyyət edəcək.

İspaniya, Barselona, Müqəddəs Ailə məbədi

ABŞ, Havay, Hayku pilləkəni

Bu körpü o qədər qorxuncdur ki, artıq bağlanıb. Hətta adrenalinsevənlərin qanunun pozmasının qarşısını almaq üçün aşağıda mühafizəçilər belə var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3453

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2807

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 01:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru