Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

2011-ci ilin martından bu yana davam edən müharibə zamanı yüz minlərlə insan həyatını itirib, 5,5 milyondan artıq mülki vətəndaş isə sağ qalmaq üçün başqa ölkələrə qaçıb. FaktXəbər-in məlumatına görə, hər şey 8 il bundan qabaq 15 martda Deraa şəhərində tələbələrin divara, "Ey doktor, növbə sənə çatıb",-deyə şüarını yazması ilə başladı.
Yaxın Şərqdə "Ərəb baharı" adlandırılan Qərbin dəstəklədiyi və yönləndirdiyi inqilab Suriyaya məhz 2011-ci ildə çatdı. Elə həmin ildən etibarən ölkədə bir qrup müxalif insana xarici ölkələrdən gətirilmiş minlərlə muzdlu terrorçu qoşuldu. Daha sonra Suriya ərazisində müxtəlif terror qruplaşmaları şəhərləri işğal etməyə və insanları öldürməyə başladı. Ardınca İŞİD terror təşkilatı Suriyanın bir hissəsində özünün xilafətinin yaranmasını elan etdi.
Tarix göstərdi ki, xarici vədlərə aldanan bir qrup suriyalı prezident Bəşər Əsədə qarşı çıxmaqla ölkələrinə böyük zərbə endirdi və Suriyanın parçalanmasına rəvac verdi.
Suriyada baş verən hadisələrin xronologiyasını təqdim edirik:
15 mart 2011: Suriyada vətəndaş müharibəsi Deraa şəhərində tələbələrin etirazı ilə başladı və ardınca muzdlu terrorçuların dəstəyi ilə davam etdi.
Aprel 2011: Tehran Suriyaya hərbi məsləhətçilər, könüllü silahlılar və İran İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının yüzlərlə əsgərini Suriya ordusuna muzdlu terrorçularla mübarizə üçün göndərib.
Yanvar-fevral 2012: Suriya ordusu və müxalif qruplaşmalar arasında qarşıdurmalar şiddətləndi.
26 aprel 2011: Suriya ordusu etirazların başladığı Deraa şəhərinə girdi.
30 iyun 2012: Cenevrədə siyasi keçid müzakirələri başladı.
May 2013: Türkiyə ABŞ-a Suriyada uçuşa qadağan bölgə elan edilməsi, vətəndaşlar üçün təhlükəsiz bölgə yaradılması və koalisiya qüvvələri ilə birgə qurudan əməliyyat aparılmasından ibarət 3 mərhələli plan təqdim etdi.
30 iyun 2014: İŞİD Suriya ərazisində öz xilaətini elan etdi.
26 yanvar 2015: YPG/PKK terror qruplaşmaları ABŞ-ın 4 ay davam edən intensiv hava dəstəyindən sonra Kobanini İŞİD-dən aldı. Beləliklə ABD-YPG/PKK ittifaqı başladı.
Mart 2015: İdlib müxalif terrorçuların əlinə keçdi.
21 may 2015: İŞİD Palmira şəhərini ələ keçirərək Suriyanın təxminən yarısında hakimiyyəti təmin etdi.
30 sentyabr 2015: Rusiya Suriyadakı müharibəyə birbaşa daxil oldu. Suriya hökumətinə verdiyi hava dəstəyi ilə terrorçuları küncə sıxışdırdı.
18 dekabr 2015: BMT 2254 saylı qətnaməni qəbul etdi. Siyasi keçidin yol xəritəsi müəyyənləşdirildi.
24 avqust 2016: Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" adlı qruplaşma "Fərat qalxanı" adlı əməliyyata başladı. Suriyanın şimalında 2 min 55 kvadrat kilometr İŞİD-dən təmizləndi.
23-24 yanvar 2017: Türkiyə və Rusiyanın təşəbbüsü ilə ilk dəfə Astana toplantısı keçirildi.
Oktyabr 2017: YPG/PKK qruplaşması İŞİD-i Rəqqa və Deyr-əz-Zorun böyük hissəsindən çıxardı və terrorçular ölkənin təxminən üçdə birinə yayılmış oldu.
Yanvar 2018: Türkiyə Afrində kürd yaraqlılara qarşı "Zeytun budağı" hərəkatını başlatdı. İndiyə qədər 1100 kvadrat kilometrdən çox əraziyə hakimdir.
30-31 yanvar 2018: Soçidə Milli Dialoq Konqresi keçirilib. Konstitusiya Komitəsinin yaranması qərara alınıb.
21 may 2018: Paytaxt Dəməşq və bir çox şəhər tamamilə Suroya ordusunun nəzarətinə keçdi.
15-31 iyul 2018: Ölkənin cənubundakı rayonlar, İordaniya və İsraillə sərhəddəki bütün ərazilərə ordu nəzarət etməyə başladı.
19 dekabr 2018: ABŞ Suriyadakı qüvvələrini çıxaracağını elan etdi.
14 mart 2019: Suriya hökuməti bir neçə şəhər istisna olmaqla ölkənin 80%-dən çox ərazisinə nəzarət edir.

Nazir: "Müəllimlər savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar"
10
Dekabr29-04-2019 15:20 MKİ-nin paylaşdığı fotoda 10 GİZLİ mesaj
23-04-2019 11:49 FTB Hitlerin Argentinaya qaçmasını araşdırıb-FOTO
31-03-2019 11:02 XX əsrdə azərbaycanlılara qarşı kütləvi soyqırımı cinayətlərinin ən qanlı mə
31-03-2019 10:15 Bir şəhəri soyqırımdan xilas edən axund - FOTO
14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb
06-02-2019 16:11 Hitlerin yəhudi əsgərləri
- 10-12-2019 16:55 Əfqanıstanda Taliban 40 qəbilənin ağsaqqalını oğurlayıb
- 10-12-2019 16:43 Ərdoğan: Avropada lider yoxdur
- 10-12-2019 16:41 Nobel Sülh Mükafatı təqdim edilib
- 10-12-2019 16:40 Zelenski: "Putinlə danışıqlar aparmaq çox çətindir"
- 10-12-2019 16:04 Nigeriyada 100 milyondan artıq insanın pasportu yoxdur
- 10-12-2019 15:59 Çexiya Sarqsyanın qardaşı oğlunu Ermənistana təhvil verir
- 10-12-2019 15:16 Əsəd Avropanın qaçqın problemi ilə üzləşdiyinin əsas səbəbini açıqladı
- 10-12-2019 14:50 Tvitter Bəşər Əsədin hesabını bağlayıb
- 10-12-2019 14:33 Yuri Lujkov dünyasını dəyişdi
- 10-12-2019 12:41 Çin müstəqil Fələstin dövlətinin qurulmasını dəstəklədi
- 10-12-2019 12:02 Çexiyada xəstəxanada atışma: ölənlər var - FOTO
- 10-12-2019 11:40 Tramp çevriliş cəhdindən danışdı
- 10-12-2019 10:55 Lavrov Vaşinqtona işgüzar səfər edib
- 10-12-2019 10:42 "Mövzu bağlanıb": Türkiyə Amerika "Patriotu"na görə S-400-dən imtina etməyəcək
- 10-12-2019 10:25 Nur-Sultanda Suriya danışıqları başlayıb
- 09-12-2019 23:30 “Norman Dördlüyü” liderlərinin görüşü başa çatıb
- 09-12-2019 22:09 Türk futbolçu gələn ay “Barselona”ya keçə bilər
- 09-12-2019 17:03 Ərdoğandan Makrona: Alma məzlumun ahını...
- 09-12-2019 17:02 Pomidor və tütün stresdən qışqıra bilirmiş
- 09-12-2019 16:18 Misir Rusiyadan Su-35C almağa qorxur - ABŞ-a GÖRƏ
- 09-12-2019 15:21 Türkiyədə bomba partlayışı: ölənlər və yaralananlar var
- 09-12-2019 14:46 Rusiya olimpiada və dünya çempionatlarından kənarlaşdırıldı
- 09-12-2019 14:45 Rusiyanın nüvə çantası ilk dəfə göstərilib
- 09-12-2019 12:45 Şeyx Naim Qasim: Vaşinqton və London dünyada terrorun liderləridir
- 09-12-2019 12:26 Uşaq anasının cəsədinin yanında əzab içində öldü