Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
12:50
1724
Paşinyanın tvitinə azərbaycanlılar belə cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdəki sosial hesabından Azərbaycan xalqına müraciət edərək, dialoqa hazır olduğunu yazıb.

FaktXəbər-in məlumatına görə, Paşinyan, "mən yalnız Azərbaycan prezidenti ilə deyil, həm də Azərbaycan xalqı ilə dialoqa davam etməyə hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı Ermənistan və Dağlıq Qarabağ xalqı kimi sülhsevərdir", - deyə qeyd edib.

Paşinyanın bu açıqlamasına ermənilərdən daha çox azərbaycanlılar reaksiya verərək, onun paylaşımının altına şərhlər yazıblar. Həmin şərhlərdən daha maraqlı olanlarını təqdim edirik.

Cavid Hacıbəyli Qulusoy adlı tvitter istifadəçisi qeyd edir ki, ermənilər Paşinyanın ingiliscə yazdığı tvitlə razılaşırlar, amma ermənicə yazılanla yox: "Hər halda, inkişaf budur ki, ermənilər və azərbaycanlılar ingiliscə ünsiyyət qururlar, rusca deyil."

Fərid Mehralızadə yazdığı şərhlə Paşinyanı fakt qarşısında qoyub desək, yanılmarıq. O, "bunun üçün ilk növbədə, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu başa düşməlisiniz və buna görə hərəkət etməlisiniz. Müstəqil dövlət kimi tanımadığınız Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməyiniz isə sülhməramlı addım deyil", - deyə qeyd edir.

Nərmin Rəhimli isə şərhində Ermənistanın monetnik dövlət olduğuna vurğu edir: "Dağlıq Qarabağ bölgəsində ayrıca bir xalq yoxdur, orada Azərbaycan və Ermənistan xalqı var. Hər iki ölkədə, Bakıda, Şuşada və ya İrəvanda erməni və azərbaycanlılar olmalıdır. Hal-hazırda Azərbaycanda vəziyyət belə olsa da, Ermənistanda elə deyil."

Faiq Kərimli adlı vətəndaşımız Paşinyana Azərbaycan ordusunun gücünü xatırladıb: "Cənab baş nazir, siz təkcə hazır olmamalısınız, konstruktiv dialoq üçün böyük səy göstərməlisiniz. Problemin həlli üçün sizin alternativ yolunuz yoxdur. Əks təqdirdə, bu mübahisənin ən yaxşı həll yolu müharibədir. Ümid edirəm ki, Azərbaycan Ordusunun əsl gücünü bilirsiniz."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com