Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
12:31
765
Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb - VİDEO

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib.

FaktXəbər-in məlumatına görə, tanıtım videosunun hazırlanmasında əsas məqsəd Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir.

Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Video çarxın Azərbaycan dilində olan mətni ilə aşağıda tanış ola bilərsiniz: “Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, sürətli sosial-iqtisadi inkişafa, müasir turizm imkanlarına sahib olan təhlükəsiz və tolerant ölkədir.

Tarixən etnik rəngarəngliyin qorunduğu Azərbaycan istirahət etmək, yaşamaq, işləmək və investisiyalar üçün əlverişli şəraitə və yüksək göstəricilərə malikdir. Hər il milyonlarla əcnəbi Azərbaycana səfər edir və mövcud imkanlardan bəhrələnir.

Bizdə Sizi bu gözəl diyara dəvət edirik və Sizin ölkəmizdə olma və yaşamanızla bağlı rahatlığınızın təmin edilməsi üçün xidmətinizdəyik.

Ölkəyə daxil olduğunuz andan Siz mövcud qaydalar barədə məlumatlandırılacaqsınız. Müvəqqəti olma müddətinizin artırılması, müvəqqəti, daimi yaşama istəyinizlə bağlı ölkə üzrə 30-dan çox xidmət bölməsi vasitəsilə Sizin müraciətlərinizi qəbul edirik və bu prosesdə rahatlığınızın təmin edilməsini diqqətdə saxlayırıq.

Azərbaycan əlverişli biznes mühitinə və geniş investisiya imkanlarına malikdir. Ölkəmizdə biznes qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Əmək fəaliyyəti ilə məşğul olmaq qərarına gəlsəniz Sizin üçün vacib olan iş icazələrini də biz veririk.

Bizim Çağrı Mərkəzimiz Sizin bütün zənglərinizi, suallarınızı, elektron sorğularınızı həftənin 7 günü, günün 24 saatı cavablandırmağa hazırdır.

Qabaqcıl elektron məlumat sistemlərimiz xidmətlərimizin elektron qaydada aparılmasını, eyni zamanda miqrasiya proseslərinin daha keyfiyyətlə tənzimlənməsini təmin edir.

Ola bilsin ki, siz Azərbaycanı yaxından tanıdıqdan sonra bu ölkəni sevəcək və burada daimi olaraq yaşamaq istəyəcəksiniz. Sizdə bu cür gözəl ölkənin vətəndaşı olmaq arzusu da yarana bilər. Bu halda müraciətlərinizə məmnuniyyətlə baxacağıq.

Bizim qanunsuz miqrantların, eləcə də sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün 2 müasir mərkəzimiz mövcuddur. Beynəlxalq standartlara tam cavab verən mərkəzlər xüsusi təlim keçmiş peşəkarlar tərəfindən idarə olunur.

Biz sizin ölkəmizdə daim rahat, məmnun və qanunvericiliyin tələblərinə uyğun yaşamanız üçün səy göstəririk.

Bəs biz kimik: Biz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olaraq sizin tərəfdaşınızıq.

Bizi tapmaq çox asandır. Siz 3 dildə fəaliyyət göstərən rəsmi internet səhifəmiz (www.migration.gov.az), Çağrı Mərkəzimiz (012 919), həmçinin rəsmi facebook və tvitter hesablarımız vasitəsilə 3 dildə bizimlə əlaqə saxlaya bilərsiniz.

Azərbaycana xoş gəlmisiniz".

Gələcəkdə çarxın digər əcnəbi dillərdə olan versiyalarının hazırlanması nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru