Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
11:45
1179
Azərbaycan maydan karbamid ixracına başlayacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunda istehsal olunan məhsulun ixracına may ayının ikinci yarısında başlanılacaq.

Bunu Bakıda "Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bu ölkə İldə 2,5 mln.ton gübrə idxal edir. Bundan başqa, Qara və Aralıq dənizi ölkələri də ixrac bazarları kimi nəzərdə tutulub".

X. Cəfərov qeyd edib ki, Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti Karbamid zavodunu bu ilin may ayında tam olaraq təhvil verəcək. Onun sözlərinə görə, ilkin təhvil işləri aprelin əvvəlində həyata keçiriləcək.

Maliyyələşmədən da danışan zavodun direktoru bildirib ki, Karbamid zavodunun ümumi dəyəri 780 mln.avro təşkil edir: "Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Büdcədən 197 mln. avro vəsait ayrılıb.Maliyyələşmənin 500 mln. avro hissəsi dövlət zəmanəti ilə kredit hesabına həyata keçirilib Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM) 251 mln.avro, habelə "Societe Generale" (Fransa), "Deutsche Bank"(Almaniya) və "UniCredit" (Avstriya) banklarından 249 mln. avro vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən 80-85 mln. avro məbləğində vəsait ayrılıb".

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions Oy” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

Məqalədə : SOCAR karbamid zavodu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
91

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1789

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
540

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1637

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1765

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2008

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1306

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
824
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru