Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

14 Mart

2019
11:42
298
`Futbolda günəş hər zaman çıxmır` - Nazarov

"Azərbaycan millisində gözləntim daha çoxdur. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur". Bu sözləri millimizin və Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov deyib.

Almaniya mətbuatına danışan yığmamızın üzvü Aue təmsilçisindəki oyunu haqda da danışıb: "Futbolda günəş hər zaman çıxmır, bəzən yağış da yağır. Bir müddətdi yağış yağır, hazırda qar və dolu daha çoxdur. "Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Nağıllar danışmağıma gərək yoxdur. Meydanda olduğum müddətdən narazıyam".

Nazarov az oynamasına baxmayaraq, hazırda "Erzgebirge"dən ayrılmağı düşünmədiyini söyləyib: "Milli komandada oynayan futbolçuya hər zaman təkliflər olur. Burada nələrəsə nail olmaq üçün il yarım əvvəl klubumla müqavilə imzaladım. Hazırkı vəziyyətimə görə burdan ayrılmaq istəmirəm. Çünki futbolda hadisələr çox tez dəyişir. Fırtınadan sonra günəş çıxa bilir".

Məqalədə : Nazarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
968

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 23:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru