Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

14 Mart

2019
10:53
2182
“Samsung”dan yeni interfeys - One UI

Günümüzdə smartfonlar sadə kommunikasiya vasitəsi deyil, həyatımızın bir hissəsidir. Lakin, yeni flaqmanların istifadəsi getdikcə qəlizləşir, axır 10 il içində iki dəfə genişlənən displeylər isə bunu daha da çətinləşdirir. Beləliklə, yeni nəsil “Samsung” smartfonları “Samsung Experience” istifadəçi interfeysini əvəz edən One UI ilə təchiz olunmuşdurlar.

Оne UI - nin əsas məqsədi “geniş” ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub.

Belə ki, bütün informasiya, fotoşəkillər və ya mətnlər ekranın yuxarı hissəsində, klaviatura, “Share” düyməsi və digər alətlər isə aşağı hissədə əks etdilir. Beləliklə, istifadəsi asanlaşan və bir əl ilə istifadəni dəstəkləyən bu interfeys “One” adlandırılıb.

Yeni One UI-nin əsas məqsədlərindən biri istifadəçini qəliz menyu keçidlərindən azad edib,  daha rahat işləmə sahəsi yaratmaqdır. Belə ki, indi tələb olunan bütün tənzimləmələr istifadəni asanlaşdırmaq üçün qruplaşdırılmış, ekran üzərində isə tələb olunan və aktual məlumatlar əks etdirilir. İnterfeys ekranda əks etdirilən məlumatın həcmini azaldaraq optimallaşdırır və istifadəçinin tələblərinə uyğunlaşdırır.

Bu isə öz növbəsində, smartfonun artıq məlumat ilə yüklənməsinin qarşısını alan ‘focus blocks’ prinsipi üzərindən həyata keçirilir. One UI iş prinsipi əlavələrdən istifadəni də təkmilləşdirərək ekranda yalnız əməliyyatı başa çatdırmaq üçün tələb edilən funksiyaları əks etdirir.

Buna misal olaraq istifadəçi nömrə yığım panelini aktiv etdikdə, sistem avtomatik olaraq bu əməliyyata aid olmayan menyu icon-larını “gizlədir”, əvəzinə ekranda video zəng və ya yeni nömrə yaratmaq düymələrini əks etdirir.

Məlumat blokları və icon-ların yeni vizualizasiyası - yuvarlaq forma diqqəti detallara cəlb edir. Yeni dizayn interfeysin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı yeni Galaxy xəttinin “yuvarlaq” dizaynına da yaraşıq qatır.

Smartfondan istifadə zamanı vizual komfort çox vacibdir, bu səbəbdən yeni One UI interfeysi istifadəçiyə uyğun tənzimləməni dəstəkləyən Night Mode rejimi ilə təchiz olunub. Bu rejimi istədiyin zaman aktiv edib parlaqlıq, təsvir tonu, təzadlıq kimi göstəriciləri istədiyiniz kimi tənzimləyə bilərsiniz. Tənzimləmənin ən asan yolu “Qürubdan Şəfəqə qədər” seçimidir ki, bunun üçün smartfonunuzun geolokasiya xidmətini aktiv etməyiniz kifayətdir. 

Qeyd edək ki, One UI istifadəçi interfeysi “Galaxy” xəttinin bütün yeni smartfonlarında təqdim edilib.

Məqalədə : One UI Samsung 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
299
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru