Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
10:33
281
`Nar`-dan gənclərə karyera fürsəti

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə dəstək olmaqda davam edir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, mobil operator "ASAN kadr" karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkil etdiyi 2-ci Karyera sərgisində iştirak edib. “Nar” satış, marketinq, müştəri dəyərinin idarəedilməsi, biznesin təhlili üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə “Nar” stendinə maraq böyük olub. Qeyd edək ki, sərgidə 80-dən artıq şirkət iştirak edib. 

Sərginin keçirilməsinin əsas məqsədi gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
190

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
155

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1153

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
134

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
686

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
706

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
285
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 01:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru