Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Mart

2019
14:50
2013
Politoloq: `Ukraynada yeni seçiləcək heç bir prezident `sehrli çubuğa` malik olmayacaq`

Ukrayna prezident seçkilərinə hazırlaşır. Siyasi baxımdan rəngarəng olan bu ölkədə həyati əhəmiyyətli prosesə hazırlıq hər kəs tərəfindən maraqla izlənir. FaktXeber.com-un verdiyi məlumata görə, politoloq Elxan Şahinoğlu bununla bağlı şərh verib.

Onun sözlərinə görə, Ukraynanın hazırki prezidenti Petro Poroşenko prezident seçkisinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər edib: «Buna baxmayaraq, Poroşenkonun komandası son günlər laxlayır. Çünki, bəziləri hesab edir ki, Poroşenko məğlub olsa, onların ağır günləri başalaya bilər. Ona görə də gəmini tərk etməyə hazırlaşırlar. Məsələn, daxili işlər naziri Arsen Avakov artıq Poroşenkonun əleyhinə açıqlamalar verir. Poroşenkonun özü də anlayır ki, məğlub olsa ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq. Əsas namizədlərdən biri aktyor Zelenski deyib ki, prezident seçilsə Poroşenkonu həbs edəcək».

Politoloq rəqiblərinin Poroşenkonun prezident olduğunu illərdə varidatının artıdığını bildirmələrinə baxmayaraq Ukraynanın son illərdə kasıblaşdığına diqqət çəkib: «Ancaq bunun obyektiv səbəbləri var. Poroşenko prezident seçiləndə Krım və Donbasın bir hissəsi itirilmişdi, nazirliklər dağılmışdı, ordu və təhlükəsizlik sistemi yox idi. Poroşenko bunları sıfırdan yaratdı, müharibə davam edirdi. Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi, sosial problemlər artdı. Poroşenkonun prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində qazandığı elə bir uğuru yoxdur».

Elxan Şahinoğlu aktyor Zelenskinin bütün reytinq cədvəllərində birinci olmasına da diqqət çəkib: «Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər».

Siyasətçinin fikrincə Zelenskinin və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq: «Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar. Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə instutları daha Ukraynaya pul vermək istəmirlər».

«Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq», - deyə politoloq sözlərini yekunlaşdırıb.

Məqalədə : Ukrayna 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
646

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
79

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
190

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
82
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru