Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Mart

2019
12:08
1212
Alleqri və Simeone `Yuventus`un qələbəsini belə şərh etdi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri və "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalıda "Yuventus"un "Atletiko"ya (3:0) hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlməsini şərh edib. Massimiliano Alleqri hamının bu oyunu gözlədiyini söyləyib: "Uzun müddətdir bu matçın başlamağını istəyirdilər. Oyunun gərgin keçmək ehtimalı var idi. Buna görə futbolçulara sakit olmalarını dedim.  Əks təqdirdə, bizim üçün çətin ola bilərdi". 

"Futbolçular gözəl oyun nümayiş etdirdilər. Onlar  hücumda necə dəqiq oynadıqlarını göstərdilər. Biz bunu ilk matçda da düşünmüşdük, ancaq alınmamışdı. Oyunçular düzgün xarakter nümayiş etdirdilər və balansı itirmədən hücum etməyə davam etdilər. Spinassola sol cinahda əlaq oynadı. Bernardeski və digər  futbolçular da yaxşı oyun nümayiş etdirdilər. Belə nəticəyə nail olmaq üçün bütün futbolçular yaxşı oynamalıdırlar",-deyə Alleqri əlavə edib.

Alleqri komandanın sabiq qapıçısı, hazırda PSJ-də oynayan Canluici Buffonun onları təbrik etməsinə də münasibət bildirib: "Mən PSJ-nin oyununa baxdım və onların mübarizəni dayandırmağına məyus oldum. Ümid edirəm ki, biz finala yüksələcəyik və  Buffonu da özümüzlə Madridə aparacağıq".

"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik". Bu sözləri isə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib: "Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm.  Sadəcə rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq. Ronaldo dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir.  Ronaldonun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldo belə böyük klubun ruhunu nümayiş etdirdi".

Məqalədə : Yuventus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
84

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
968

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 23:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru