Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Mart

2019
11:23
268
Pirallahıda silahlı şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. 

Belə ki, Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə : silahlı şəxs 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23

Aprel
09:56
HÜQUQ,HADİSƏ
40

Xarici valyutaların manata qarşı məzənnələri

23

Aprel
09:24
İQTİSADİYYAT
51

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
660

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
84

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
109

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
104

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
221

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 09:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru