Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2019
11:10
12 mart - Daxili Qoşunların yaranma günüdür

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 27 il ötür.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da prezident Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə olunmasını təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biridir.

Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur.

Həmin Qanuna əsasən Daxili Qoşunlar aşağıdakı vəzifələri yerinə yetirirlər:

  • digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində post-patrul xidməti vasitəsilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edir:
  • mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edir;
  • mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin anbarlarını və hərbi bazalarını mühafizə edir;
  • mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edir;
  • yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edir;
  • qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməklə daxili işlər orqanlarına kömək göstərir;
  • cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərir;
  • mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
  • zərurət olduqda Azərbaycan Respublikasının ərazisinin müdafiəsində iştirak edir.

Daxili Qoşunlarda əsasən Xüsusi təyinatlı dəstələr və Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi fəaliyyət göstərir.

Daxili Qoşunların Xüsusi Təyinatlılarının vahid adı Kommando-dur və hər bir hərbi hissənin ayrı xüsusi təyinatlı dəstəsi vardır.Məsəl üçün Kobra, Qartal, Şahin, Mübariz, Gürzə, Pələng, Əqrəb, Bəbir və s. xüsusi təyinatlı dəstələrin hamısı Kommando adı altında birləşdirilir. Bu dəqiqə öz silah və təchizat baxımına görə ən müasir xüsusi təyinatlılardan biri də, Kommandolardır. Rusiyanın "Spetsnaz" və Türkiyənin Kommando təlimlərini birgə həyata keçirən Kommandolar, bununla yanaşı Almaniya və ABŞ tərəfindən hazırlanmış təlimlər də keçirlər.

Kommandoların əsas məqsədi daxili anti-terror əməliyyatları aparmaqdır. ABŞ istehsalı US M81 forması işlədən Kommandolar müasir Türkiyə istehsalı BK-6 və ABŞ istehsalı PASGT zirehli dəbilqələrdəndə istifadə edirlər.Kommandoların rabitə cihazlarının 90%-dan çoxu Türkiyə və Birləşmiş Krallıq istehsalıdır. Geridə qalan hissəni isə ABŞ, Almaniya, Fransa və İtaliya istehsalı rabitə cihazları təmin edir.

Kommandoların silah arsenalı isə çox zəngindir. Avtomatları SSRİ istehsalı AK-74, AKM, AK-74U, Almaniya istehsalı HK MP5,G3, İsrail istehsalı IMI Tavor Tar-21, IMI Uzi, ABŞ istehsalı M-4, M-16 və Azərbaycan istehsalı "Xəzri" təşkil edir. Bununla yanaşı arsenalda SSRİ istehsalı PKM, ABŞ istehsalı M240 və İsrail istehsalı Negev pulemyotlarıda mövcuddur. Snayperləri isə SSRİ istehsalı Dragunov SVD, SVU, Serbiya istehsalı M93 Cerna Strela, ABŞ istehsalı Remington Model 7000, Birləşmiş Krallıq istehsalı "Accuracy İnternational Arctic Warfare, RPA Rangemaster, Türkiyə istehsalı JNG-90 Bora, KNT-308, Finlandiya istehsalı Sako TRG-42 və Almaniya istehsalı HK PSG1 təşkil edir. Bundan əlavə Kommandoların arsenalında AGS-30 qumbaraatanları və RPG-7 raketləri mövcuddur. Həmçinin Kommandolar ABŞ istehsalı M72 və Rusiya istehsalı Kornet-E anti-tank raketləri təşkil edir.

Nəqliyyat vasitələrinə gəldikdə isə arsenalda Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Almaniya istehsalı zirehli maşınlar mövcuddur. Əsas nəqliyyat vasitəsi İsrail istehsalı Ail Storm Sufa-3 və M-642 Ail-Abir zirehli maşınlarıdı. Bununla yanaşı arsenalda 60 ədəd ABŞ istehsalı Humvee,Türkiyə istehsalı Otokar Cobra, Rusiya istehsalı UAZ Scorpion, Almaniya istehsalı Mercedes-Benz G430 zirehli maşınları var.

Bununla yanaşı Kommandoların əməliyyat imkanlarının artırılması üçün Daxili Qoşunların arsenalında olan müasir Mi-17-V1 helikopterlərindədə istifadə edir. Həmçinin xidməti at və itlərdə Kommandolar tərəfindən istifadə olunur.

Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.

Məqalədə : Daxili Qoşunlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
207

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
564

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
273
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 16:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru