Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2019
10:23
Pakayin: Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıyıq

"İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır."

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Azərbaycan və Ermənistan razılaşdığı halda İran iki ölkənin mənafeyi çərçivəsində münaqişənin həllinə çalışmağa hazırdır.

Diplomat əlavə edib ki, Azərbaycan İranın mühüm qonşularından biridir və Tehran və Bakı strateji əlaqələri mövcuddur:

“Qarşılıqlı səfərlər, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfəri iki ölkənin qarşılıqlı yüksək etimadının göstəricisidir”.

İki ölkənin iqtisadiyyat sahəsində əlaqələrə önəm verdiyini deyən sabiq səfir Rəşt-Qəzvin dəmir yolunun istismara verilməsi və Rəşt-Astara dəmir yolunun inşasına başlanıldığını bildirib.

Azərbaycan və İran arasında yükdaşıma tariflərinin azaldılması məsələsinə toxunan M.Pakayin qeyd edib ki, məsələ birgə komissiyanın iclasında növbəti dəfə müzakirə ediləcək və yekun qərar veriləcək.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42993

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41323

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42877

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42386

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47898

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42324

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42708
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 09:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru