Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2019
16:30
1614
BDU-nun yeni rektoru kimdir? - DOSYE

Xəbər verdiymiz kimi  dövlət başçısının sərəncamı ilə  Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Faktxeber.com ölkənin ən böyük təhsil ocağına rəhbərlik edəcək şəxsin dosyesini oxucularına təqdim edir: 

Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,Dosentdir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavini və "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəri olub. 

Əsas elmi fəaliyyətləri

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirilmişdir. Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsi işlənilib-hazırlanmışdır. Hiperhəndəsi Meyer funksiyaları ilə ifadə olunmuş maqnit-hidro-dinamik (MHD) tənliklərin tapılmış analitik həlləri plazmanın qeyri-bircinsliyi və maqnit sahəsi səbəbindən bir tip dalğaların digərlərinə transformasiyasının tam nəzəriyyəsini qurmağa imkan vermişdir. Dalğaların transformasiya və əks olunmasını xarakterizə edən müvafiq energetik əmsallar hesablanmışdır. Nəticələr Günəş şəraitinə tətbiq edilmiş və dalğaların fotosferin dərin qatlarından yuxarı qatlarına yayılması zamanı udulması və əks olunması tədqiq edilmişdir. Dalğaların qeyri-bircins mühitdə (plazmada) şüalanma ilə qarşılıqlı təsiri araşdırılmışdır. Silsilə işlərdə radiasiya itkiləri nəzərə alınmaqla qeyri-bircins, şüalanan, sıxıla bilən, stratifikasiya olunmuş istilik mübadiləsi baş verən mühitdə qeyri-adiabatik və ixtiyari optik qalınlığa malik kiçik hidrodinamik həyəcanlaşmalar tədqiq edilmişdir. Şüalanma intensivliyinin fluktuasiyalarını təsvir edən tənlik çıxarılmış və ilk dəfə olaraq energetik itkilər funksiyası üçün Eddinqton yaxınlaşmasında izotermik atmosfer halında analitik həllər tapılmışdır. Tapılmış dəqiq həllər əsasında qeyri-adiabatik atmosfer (akustik və qravitasiya) dalğalarının yayılması və radiasiya sönməsinin ümumi nəzəriyyəsi qurulmuşdur. İstilik və akustik dalğa modlarının qarşılıqlı təsirini, onların transformasiyasını nəzərə alan qeyri-adiabatik rəqslərin yaradılmış modeli Günəşin 3.3 mHz (5 dəqiqəlik rəqslər) tezliyində inteqral şüalanma selinin fluktuasiyalarının paylanmasındakı müşahidə olunan maksimumu izah etməyə imkan vermişdir. Qeyd olunan tezlikdə selin fluktuasiyalarının amplitudunun nisbi qiymətləri 1/100000 olmuşdur və bu rəqəm müxtəlif beynəlxalq eksperimentlərin müşahidələrinin nəticələrinə uyğun gəlmişdir. Göstərilmişdir ki, akustik və istilik dalğalarının yayılma sürətlərinin təqribən bərabər olduğu fotosfer səviyyələrində səs dalğaları əhəmiyyətli dərəcədə qeyri-adiabatik olur və rəqslərin modları bir-birinə qarışır. Nəticədə, eyni bir tezlikdə səs və istilik dalğalarının eyni zamanda müşahidəsi imkanı yaranır. Akustik və istilik dalğalarının inteqral şüalanma selinin və hərəkət sürətinin fluktuasiyalarına verdiyi töhfə müqayisə edilmişdir. Müəyyənləşdirilmişdir ki, Günəşin kəsilməz spektrində müşahidə olunan rəqslər əsasən istilik rəqsləridir, akustik dalğalar isə daha çox hərəkət sürətinə töhfə verirlər və bu da öz növbəsində Dopler ölçmələri ilə təsdiq edilir. Günəşin radial rəsqləri üçün inteqral şüalanma seli (parlaqlıq) və şaquli hərəkət sürəti (İ-V spektr) arasındakı faza sürüşməsinin nəzəri spektri hesablanmışdır. Alınmış nəticələrin müşahidə materialları ilə müqayisəsi rəqslərin 2.4 – 3.6 mHz tezlik intervalında kifayət qədər uyğunluq göstərir. İstilik rəqslərinin töhfəsi şüalanmanın inteqral selinin fluktuasiyalarında, akustik rəqslərinki isə - hərəkət sürətində dominant olduğundan belə bir nəticəyə gəlinir ki, alınmış faza sürüşməsi istilik və qeyri-adiabatik səs rəqsləri arasındakı fazalar fərqidir. Şüalanma itkiləri nəzərə alınmaqla müxtəlif tip qeyri-adiabatik maqnit-akustik-qravitasiya dalğalarının stratifikasiya olunmuş atmosferdə xətti transformasiyası, əks olunması və udulmasının daha təkmil nəzəriyyəsi qurulmuşdur. Maqnit sahəsinin meylinin dalğaların sönməsinə təsiri tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, sahənin meyli artdıqca MAQ dalğaların şüalanma udulması kəskin surətdə güclənir. Hərəkət sürətinin rəqsləri və plazma temperaturunun fluktuasiyaları arasında Günəş ləkəsinin fotosferi səviyyəsində amplitud nisbəti və faza sürüşməsi hesablanmışdır. Müəyyən olunmuşdur ki, ləkənin kənarına yaxınlaşdıqca faza sürüşməsi kəskin artır. Göstərilmşdir ki, Dopler sürüşmələrində rəqslərin müşahidə olunması üçün ən əlverişli sahə ləkənin kölgəsi, intensivlikdə isə - yarımkölgəsidir. Bu halda müşahidə olunan rəqslərin hər tezliyi üçün sürət və intensivlik fazaca dəqiq fərqlənirlər. Analiz nəticəsində göstərilmişdir ki, 3 dəqiqəlik rəqslər maqnit sahəsinin güclü meylə malik olduğu ləkə yarımkölgəsində parlaqlığın rəqslərində daha yaxşı müşahidə oluna bilər.

Alınmış nəticələr nüfüzlu jurnallarda dərc olunmuş və onlarla Rusiyada keçirilmiş və beynəlxalq konfrans, simpozium, seminar və qış məktəblərində məruzə edilmişdir.

“Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi” mövzusu üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilmiş, yeni elmi istiqamət yaradılmış və kəsişən elm sahələri (astronomiya, elektrofizika, geofizika, ionosfer fizikası, tibb, biologiya, zoologiya və s.) üzrə işlərin əsası qoyulmuşdır.

1999-2000-ci illərdə BMT-nin Xarici kosmosun tədqiqi üzrə Vyana Ofisinin (UNOOSA) proqramı çərçivəsində bir il müddətində Avropa Kosmik Agentliyində (Hollandiya) tədqiqatçı alim kimi çalışarkən Yer ionosferində yayılan mikrodalğa uzunluqlu elekromaqnit dalğalarının ssintilyasiysının öyrənilmişdir. Transionosferik GHz tezlikli GPS siqnallarının ssintilyasiyasına heliogeofiziki şəraitin və digər fiziki faktorların təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmiş və nəticələr Avropa Kosmik Agentliyində dərc olunmuşdur (E.S.Babayev, Scintillation of transionospheric radio waves. European Space Agency (ESA) Publication - EWP- 2064, ESA Publications Division: ESTEC Repro, Noordwijk, The Netherlands, 2000, 185 pages).

Stenford Universiteti (ABŞ) ilə yaradılmış əlaqələr sayəsində 2008-ci ildə Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə bu Universitetdə hazırlanmış cihaz Şamaxı Astrofizika Rəsədxanasında qurulmuş və beynəlxalq tədqiqatlar şəbəkəkəsinə qoşulmuşdur.

Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiya və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilmişdir.

Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlar bir sıra kardioloji xəstəliklərə (qəfil ürək ölümləri, kəskin miokard infarktı tutmaları və ölümləri və s.), ürək-qan-damar sisteminin (kardioloji parametrlər, ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, yol-nəqliyyat hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, fizioloji sağlam insanların baş beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına və s. təsirlərin araşdırılmasını əhatə etmişdir. Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji və heliotibbi eksperimenlər də aparılmışdır. Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin stabil işinə təsiri öyrənilmişdir. Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının texnoloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır. Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir. Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu göstərilmişdir.

Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year – İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilmiş, ilk dəfə olaraq Günəş-Yer əlaqələri üzrə ixtisaslaşmış “Sun and Geosphere” (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunmuşdur.

ŞAR-da hal-hazırda Kosmik Hava Mərkəzinin yaradılması üzərində iş gedir.

Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müvafiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı gündəlik proqnozlar hazırlanır.

Elçib Babayevin 102 elmi əsəri çapdan çıxıb.

Məqalədə : BDU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3453

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2807

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 01:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru