Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

11 Mart

2019
11:59
2758
Qırız kəndinin simvoluna çevrilən Hacı Abdurahman baba - FOTO

Eşmə bığlı, gülərüz və zarafatcıl Abdurahman Yaqubov Quba rayonunun Qırız kəndində yaşayır.

85 yaşlı ağsaqqal son illər Qırız kəndinin simvoluna çevrilməkdədir. Bu kəndə gələn əcnəbi və yerli turistlər Abdurahman baba ilə şəkil çəkdirib, söhbət etmək imkanını qaçırmır. Maraqlı siması ilə seçilən agsaqqalın özü də qonaqlarla ünsiyyətdən məmnundur. A.Yaqubov onu turistlər arasında populyarlaşdıran eşmə bığlarına hər gün həvəslə qulluq edir.

Abdurahman Yaqubov Qırız kəndindən reportajlar hazırlayan ona yaxın xarici telekanal və internet portalına müsahibə verib.

Həcc ziyarətində olduğundan hamı onu Hacı Abdurahman baba kimi tanıyır. Səkkiz övladı, 26 nəvəsi,19 nəticəsi var.

Hacı Abdurahman baba Qırız kəndində çəkilişlər aparan fotoqraf Dəyanət Rzayevin də diqqətindən yayınmayıb.

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən kənd, Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Məqalədə : Qrız kəndi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
298
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru