Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Mart

2019
12:06
1818
Yollardan pullu istifadə hansı hallarda dayandırılacaq?

Nazirlər Kabineti “Azərbaycanda avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nın təsdiqləyib. 

Baş nazir Novruz Məmmədovun imzaladığı sənəd avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir.

Qeyd edilir ki, ödənişli avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur.

Bu Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

Nazirlər Kabineti, eyni zamanda  “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası”nı təsdiq edib.

Qeyd edilir ki, bu qayda özəl və bələdiyyə yollarına şamil olunmur.

Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:

- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda – 6 aydan artıq olmayan müddətə;

-  hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə – bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;

-  avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə – yenidənqurma və təmir işləri başa çatanadək;

-  avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə – müvafiq hallar aradan qalxanadək;

-  yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda – həmin təhlükə aradan qalxanadək;

- kütləvi tədbirlər keçirildikdə – həmin tədbirlər başa çatanadək.

Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada  məsuliyyət daşıyırlar.

Məqalədə : yol pullu yollar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
653

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
148

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
101

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 04:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru