Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Mart

2019
14:07
1162
Hər gün məktəbə piyada 10 kilometr yol gedən şagird - FOTO

Bərdə rayonundan bir uşaq hər gün 10 kilometr piayada Zərdab rayonuna məktəbə gedir.

Bərdənin "Babameşə" adlanan ərazisində yaşayan Laçından olan məcburi köçkün, 13 yaşlı Əli Rəsul oğlu Hümbətov Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbinin 5-ci sinifində oxuyur. O, dərsə getmək üçün hər gün Kür çayını qayıqla keçməklə 10 kilometrlik yolu piyada gedir. 

Ə.Hümbətov 5 ildir eyni yolla təhsil aldığı məktəbə bu şəkildə getdiyini bildirib: "Səhər saat 8-də evdən çıxıram təqribən 1 saat yol gedəndən sonra məktəbə çatıram. Məsafə uzun olsa məktəbə gecikimirəm və dərsdən qalmıram. Əksinə hamıdan birinci məktəbdə oluram. Bütün qiymətlərim "əla"dır. Dərslərimi yaxşı oxuyuram və gələcəkdə polis olmaq istəyirəm. Məktəbin müəllimləri, şagirdləri Xasa kəndinin sakinləri mənə qarşı çox mehribandır."

Qeyd edək ki, Bərdə rayonunun "Babameşə" ərazisi rayonun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 kilometr aralıda yerləşir. Sözügedən ərazidə Laçından olan 10-a yaxın məcburi köçkün ailəsi məskunlaşıb. BUrada məskunlaşan məcburi köçkünlərin əsas məşğuliyyəti maldarlıqdır. Ərazidə yalnız Əli Hümbətov məktəbə gedir. 

Qeyd edək ki, Zərdab rayon M.Umudov adına Xasa kənd ümumi orta məktəbində 80 nəfər şagird təhsil alır ki, bunların təlim tərbiyəsi ilə 17 nəfər pedaqoji kollektiv çalışır.(Report)

Məqalədə : məktəb şagird 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
63

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
73

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
85

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
174

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
118

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
298
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 23:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru