Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Mart

2019
11:09
1840
Alimlər Alzeymerdən qorunmağın üsulunu açıqladılar

Dərin və bərk yuxu insan beynini Alzeymer xəstəliyindən qoruyur. FaktXeber.com-un verdiyi məlumata görə, amerikalı alimlər bu barədə araşdırmanın nəticələrini Roçester Universitetinin saytında dərc ediblər.

Onun mərkəzi sinir sistemini zərərli maddələrdən təmizləməsi çoxdan məlumdur. Amerikadan olan mütəxəssislər də bunu sübut edib. Onlar bildiriblər ki, insan yatanda beyin demensiyanın inkişafının əsas səbəblərindən olan toksik zülaldan «təmizlənir».

Alimlər vurğulayıblar ki, qlimfatik sistemin fəallığı orqanizmi zərərli tullantılardan təmizləyir, bu səbəbdən adətən yuxusuzluqla bağlı yaranan problemlər Alzeymer xəstəliyinin inkişafına səbəb ola bilər.

Belə vaxtlar sistem onurğa beyin maddəsinin hərəkətini təmin edə bilmir, bu isə baş beyində təhlükəli elementlərin  toplanmasına gətirir.

Alimlər araşdırmanın nəticəsi olaraq sübut etdilər iki, insanın qlimfatik sistemi o dərin yuxuda olarkən daha yaxşı işləyir.

Alzeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsheymer tərəfindən xəstə Auguste D. adlı bir qadında müəyyən edilmişdir. Onu da qeyd edə bilərik ki, xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü-gündən belə demək mümkündürsə, logorifmik olaraq artmaqdadır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.

Alzeymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar;

- Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,

- Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər,

- Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Alzeymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə barcara bilməmə mərhələsinə çatırlar.

Məqalədə : Alzeymer yuxusuzluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
49

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
60

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
85

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
971

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1326
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru