Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2019
16:51
2000
Asteroidin `güllələnməsinin` VİDEOSU yayılıb

«Hayabusa-2» zondunun elmi komandası, aparatın Ryuqyu asteroidinin səthinə enməsinin və tantal gülləsi ilə onu vurmasının  görüntülərini yayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə missiyanın rəsmi mikrobloqu xəbər yayıb. 

Məlumatda deyilir ki, ötən manevr zamanı kifayət qədər material toplanıb.

“Hayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini öyrənmək və ondan nümunə götürmək üçün kosmosa burpaxılıb. Alimlər ümid edirlər ki, o, Yerə Günəş sisteminin ilkin materiyasından tam təmiz nümunə gətirəcək.

Aparat hədəfə ötən ilin iyun ayında çatıb və asteroidlə yaxınlaşma proseduruna başlayıb. Səma cisminin səthi və nüvəsi ilə bağlı ilk fotolardan sonra, zond qrunt götürmə proseduruna hazırlaşmağa başlayıb.

Missiyanın əsas tapşırığının reallaşması üçün ilk addımlar ötən ilin oktyabr ayında atılmalı idi. Lakin asteroidin üzərinin "Hayabusu-2"yə zərər verəcək iri daşlarla örtülü olması zondun asteroidə yaxınlaşmasının qarşısını aldı. 

Buna görə də missiya 2019-cu ilin birinci yarısına kimi təxirə salındı.

CAM-H kamerası ilə alınan görüntülərdən aydın olur ki, asteroidin «güllələnməsi» və qırıntıların götürülməsi tapşırığı uğurlu şəkildə yerinə yetirilib.

Zondun elmi proqramına əsasən bundan sonrakı addım asteroidin səthinə daha güclü partlayıcı qurğunun atılmasıdır. Buna kimi missiya iştirakçıları daha bir eniş həyata keçirmək istəyirdi, lakin CAM-H şəkillərionlara bu ideyadan imtinaya məcbur etdi.

Birincisi, alimlərin sözlərinə görə, «Hayabusa-2» kifayət qədər toz götürüb, bu səbəbdən Ryuqyu səthi ilə ikinci dəfə yaxınlaşmaq pilotların nəzərincə əsassız risqdir.

İkincisi, məlum olub ki, aparatın aşağı hissəsindəki ötürücülər yaxınlaşma zamanı kifayət qədər işıq ala bilməyib. Bu isə  naviqasiya sisteminin işinə mənfi təsir göstərə və digər nasazlıqlar yarada bilər.

Bu səbəbdən missiyanın rəhbərliyi əvvəlcə partlayıcı paketin atılması ilə eksperiment keçirməyə, sonra isə materiyanın dərin nümunələrini götürmək üçün risqə dəyib-dəymədiyi barədə qərara gələcəklər.

Alimlər partlayıcının aprelin ilk günlərində atmağı planlaşdırırlar, təhlükəsiz olacağı dəqiqləşəcəyi təqdirdə ikinci eniş  may-iyun ayında nəzərdə tutulub. Noyabr ayında isə Hayabusa-2 Ryuqyunu tərk edərək Yerə doğru yol alacaq.

Məqalədə : asteroid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3454

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1645

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2810

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1101
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 03:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru